ONN İnformasiya Agentliyi

Ermənistanda dəhşətli xəstəlik yayıldı – Azərbaycanla sərhəddə…

Ermənistanda dəhşətli xəstəlik yayıldı – Azərbaycanla sərhəddə…
30 İyul 2019 - 18:54

Ermənistanda Afrika taununun yayılması təhlükəsi var.

ONN media xəbər verir ki, bu barədə qida məhsullarının təhlükəsizliyi dövlət xidmətinin keçmiş rəhbəri, “Vahid sağlamlıq” ictimai hərəkatlar koalisiyasının lideri Qriqor Qriqoryan deyib.

Onun sözlərinə görə, Lori və Tavuş, həmçinin Sünik əraziləri Afrika taununun sabit mərkəzləridir.

“Bu ərazilərdə taun vaxtaşırı özünü göstərir. Yaxın vaxtlarda Şirak ərazisində heyvanların kütləvi qırılması müşahidə olunub. Bu informasiya ictimaiyyətə açıqlanmadı. Yalnız KİV məsələni dərc edəndən sonra məlum oldu ki, vaksinləmə həyata keçirilməyib”, – deyə o bildirib.

Xatırladaq ki, iyulun 6-da Sünik bölgəsinin Kornidzor icmasında donuzların kütləvi qırılması qeydə alınıb. 400 donuzdan cəmi 10 başı sağ qalıb. Donuzların Afrika taununa tutulduğu hesab olunur. Eyni xəstəlik ətraf kəndlərə yayılıb, həmçinin, Azərbaycanla sərhəd bölgədə yerləşən Tavuş ərazisində daha çox müşahidə olunur.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png