ONN İnformasiya Agentliyi

“Volkswagen” Türkiyədə zavod açır

“Volkswagen” Türkiyədə zavod açır
03 Oktyabr 2019 - 1:00

Uzun müddətdir Türkiyə və ya Bolqarıstanda zavod açmağı planlaşdıran dünyanın nəhəng avtomobil şirkətlərindən olan “Volkswagen” artıq seçimini edib.

ONN media xəbər verir ki, şirkət sözügedən zavodu Türkiyənin Manisa şəhərində inşa edəcək. “Volkswagen” bu istiqamətdə 1,4 milyard avro pul xərcləyəcək.

Zavodda minik və yük avtomobilləri, eləcə də digər motorlu nəqliyyat vasitəsilərinin dizaynı, istehsalı və montaj işləri, habelə bu məhsulların idxalı və ixracı həyata keçiriləcək.

Artıq Türkiyədə “Volkswagen Turkey otomotiv sanayi ve ticaret aş” adlı şirkət qurulub.

Qeyd edək ki, mərkəzi Almaniyada olan “Volkswagen” 22 il sonra Türkiyəyə yatırım edən ilk xarici avtomobil şirkətidir.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png