“Apple” şirkəti barmağa geyinilən mini-cihazını patentləşdirmək üçün ABŞ-ın Patent Bürosuna müraciət edib.
ONN media bildirir ki, bu mini-cihazın “iRing” olduğu güman edilir. Ağıllı üzük vasitəsilə istifadəçi iPhone və iPad-ın bəzi funksiyalarını idarə edə biləcək.
Qeyd edək ki, cihazda prosessor, mikrofon və simsiz əlaqə üçün xüsusi modul var. Model hərəkətləri aşkar edən sensorları və naviqasiya üçün fırlanan başlığı birləşdirir.(olaylar.az)