ONN İnformasiya Agentliyi

Yeni il bayramında Azərbaycana daha çox bu ölkələrdən turist gələcək

Yeni il bayramında Azərbaycana daha çox bu ölkələrdən turist gələcək
04 Dekabr 2019 - 23:15

“Yeni il bayramında Azərbaycana daha çox Rusiya, Gürcüstan, Türkiyə, İran və Səudiyyə Ərəbistanı vətəndaşlarının gələcəyi gözlənilir”.

ONN media xəbər verir ki, bunu Dövlət Turizm Agentliyinin mətbuat katibi Kənan Quluzadə bildirib. Onun sözlərinə görə, həmin ölkələr Azərbaycan üçün artıq formalaşmış turizm bazarlarıdır:

“Ona görə də ötən illərdə olduğu kimi, bu il də adıçəkilən ölkələrdən daha çox turistin gəlmə tendensiyası müşahidə ediləcək”.

K.Quluzadə qeyd edib ki, gəlmə turizmlə bağlı Azərbaycanın 12 əsas prioritet istiqaməti var: “Bunlar Avropa və Asiya ölkələri, müəyyən mənada isə ABŞ, Şimali Afrikadan olan ölkələrdir ki, bu istiqamətlər üzrə də Azərbaycana gələnlərin sayında artım var”.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png