ONN İnformasiya Agentliyi

Nüşabə ilə Afət tədbirdə dalaşdı-VİDEO

Nüşabə ilə Afət tədbirdə dalaşdı-VİDEO
08 Fevral 2019 - 12:14

Əməkdar artist Nüşabə Ələsgərli ilə müğənni Afət Fərmanqızı arasında tədbirlərin birində dava düşüb. 
 

ONN media xəbər verir ki, qalmaqala səbəb Fərmanqızının son günlər Nəsiminin “Sığmazam” qəzəlinə yazdırdığı “Pəncü şeş” mahnısı olub. 

Ələsgərli ifaçının oxuduğu mahnıya irad bildirib. Müğənni qəzəlin bu cür təqdim edilməsini düzgün saymadığını söyləyib. O, Afətə məsləhət verərək, düzgün yolda olmadığını və mahnısında sözləri dəyişməsini deyib. 

Onun tənqidinə əsəbiləşən Afət sərt cavab verib və Nüşabəni onun paxıllığını çəkməkdə günahlandırıb:

“Niyə dəyişim? Siz kimsiz ki, mənə bunu deyirsiz? Balamın canına hamı paxıllıqdan edir. Xalqın adından danışmayın. Gündə İnstaqramıma 2 min “follow” gəlir. Xalq budur. Girib araşdırsınlar, bir dənə saxta izləyicim varsa, sənətdən gedim. Nüşabə xanımı da vurub keçmişəm”.

Aparıcı İlahə Nizamiqızı araya girərək, Afəti sakitləşdirməyə çalışsa da, ifaçı Ələsgərli ilə mübahisədən əl çəkməyib. O, heç bir sənət adamının tənqidinə əhəmiyyət vermədiyini söyləyib:

“Siz də qara geyinməyin, qırmızı geyinin. Mənim xoşum gəlmir. Sizin sözünüz, “yeməyi sağla yox, sol əllə ye” sözünə bənzəyir. Bilirdim ki, tənqidləri yazdıran sənət dostlarımdır. İndi şahidi oldum. Məni Elnarə Abdullayeva dəstəkləyəndən sonra, heç kimin fikri önəmli deyil. Gedin işinizlə məşğul olun”.

N.Ələsgərli isə “İstəyir dombalaq aşsın. Dəyişməsin sözləri saxlasın, qabağa gedir” sözlərini deyərək, danışmaq istəmədiyini bildirib. Axşam.az

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png