ONN İnformasiya Agentliyi

Azərbaycanda BƏDBƏXT HADİSƏ — Fəhlə həyatını itirdi

Azərbaycanda BƏDBƏXT HADİSƏ — Fəhlə həyatını itirdi
19 Fevral 2019 - 19:25
“Azərbaycan” İstilik Elektrik Stansiyasının fəhləsi Nihat Mirzəyev xəstəxanada ölüb.

ONN media xəbər verir ki, hadisə Mingəçevir şəhərində yerləşən İES-də iş zamanı baş verib.

İES-in fəhləsi, Salyan rayon sakini, 1994-cü il təvəllüdlü Nihat Barat oğlu Mirzəyev iş zamanı ehtiyatsızlıqdan hündürlükdən yıxılaraq ağır bədən xəsarətləri alıb. Yaralı dərhal xəstəxanaya çatdırılıb və cərrahiyyə əməliyyatı edilib.

Həkimlərin səylərinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png