ONN İnformasiya Agentliyi

SON DƏQİQƏ – “Sədərək” ticarət mərkəzi yanır

SON DƏQİQƏ – “Sədərək” ticarət mərkəzi yanır
26 Fevral 2019 - 10:34

Bakı şəhərinin Qaradağ rayonunda “Sədərək” ticarət mərkəzinin ərazisində başlayan yanğın davam edir.

ONN media Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, ticarət mərkəzində anbarlardan birində baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə bölmələri tərəfindən həyata keçirilən təxirəsalınmaz tədbirlər nəticəsində qısa müddətdə məhdudlaşdırılıb.

Hazırda yanğınsöndürmə işləri davam etdirilir. Əlavə məlumat veriləcək.

*****

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə, Bakı şəhərinin Qaradağ rayonunda “Sədərək” ticarət mərkəzinin ərazisində yanğın baş verməsi barədə məlumat daxil olub.

Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış ünvanına cəlb olunub.

İlkin məlumata görə, ərazidəki anbarlardan birinin dam örtüyü yanır. Hazırda yanğınsöndürmə işləri davam etdirilir.

Əlavə məlumat veriləcək.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png