ONN İnformasiya Agentliyi

TƏCİLİ XƏBƏR: Rusiya təyyarəsi təcili Bakı aeroportuna endi – BOMBA TƏHLÜKƏSİ

TƏCİLİ XƏBƏR: Rusiya təyyarəsi təcili Bakı aeroportuna endi – BOMBA TƏHLÜKƏSİ
11 Mart 2019 - 15:34

ONN media xəbər verir ki, Bəhreyn şəhərindən Moskva şəhərinə uçan “Ural Hava Yolları” şirkətinə məxsus Airbus A321 təyyarəsi bazar ertəsi Bakı vaxtı ilə saat 14:56-da Heydər Əliyev Beynəlxalq Aeroportunda müvəffəqiyyətlə eniş etmişdir.

Hava gəmisinin qəza enişinə səbəb – HG kapitanının hava gəmisində bombanın olmasından şübhələnməsi.

Hava limanının bütün qəza-xilasetmə xidmətləri həyəcan siqnalıyla ayağa qaldırılmış və hazır vəziyyətə gətirilmişdir.

Hava gəmisində ekipaj üzvləri də daxil olmaqla, ümumilikdə, 225 nəfər olub.

HG komandiri sərnişinlərin təcili təxliyyəsi barədə qərar qəbul etmişdir.

Məlumatlar yeniləndikcə əlavələr ediləcəkdir.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png