ONN İnformasiya Agentliyi

Ermənistanın yeni PLANI NƏDİR?

Ermənistanın yeni PLANI NƏDİR?
12 Mart 2019 - 14:20

ONN media xəbər verir ki, Ermənistanın Qərbin dəstəyi ilə işğal olunmuş Qarabağ ərazisinin cənub hissəsində – İranla sərhədə yeni qüvvələr yaratmaq planı üzə çıxıb.

Son zamanlar Ermənistanın yeni hakimiyyəti xaricdən maliyyələşən “AGBU Skaut” QHT-nın təşkilatçılığı və dəstəyi ilə Azərbaycanın işğal olunmuş ərazilərinə Suriya, Livan və İraqdan olan gənc erməniləri gətirərək məskunlaşmaq üçün şərait yaradır.

Xaricdən gətirilən erməni “boy skautlar” ilk olaraq hərbi təyinatlı VoMA QHT-nin Ermənistanda yerləşən təlim mərkəzlərində nəzəri atıcılıq və maskalanma kursları keçirlər.

Nəzəri təlimləri keçən “boy skautlar” daha sonra “AGBU Skaut”un vasitəçiliyi ilə işğal olunmuş Azərbaycan ərazilərinə aparılaraq, VoMA-nın Kəlbəcər və Laçın rayonlarında yerləşən təlim mərkəzində dağçılıq və praktiki snayper kurslarına cəlb olunurlar.

Məlumata görə, xaricdən gətirilən “boy skautlar” Qərbdə yaşayan ermənilərin dəstəyi ilə işğal olunmuş ərazilərin cənub hissəsinə, xüsusən Xocavənd və Cəbrayıl rayonlarının İranla sərhəd olan boş ərazilərində Araz çayı boyunca müvəqqəti tikilən evlərdə məskunlaşmaq adı ilə yerləşdirilir.

Son günlərdə Ermənistanın Milli Təhlükəsizlik Xidmətinin rəhbəri Artur Vanetsyanın sırf İranla sərhəd əraziyə baxış keçirməsi, gələcəkdə orada yeni yaşayış kompleksləri və hərbi qulluqçular üçün xidmət yerlərinin inşa edilməsi Ermənistanın yeni hakimiyyətinin üçüncü bilinməyən qüvvə vasitəsi ilə işğal olunmuş ərazilərin cənub hissəsinə nəzarət etmək istəyini bir daha sübut edir.

İşğal olunmuş ərazilərin Azərbaycanın nəzarətində olmaması və ermənilərin bundan istifadə edərək həmin ərazilərdə sözügedən prosesləri aktiv həyata keçirməsi gələcəkdə bölgədə yeni gərginliyin yaranması üçün zəmin yaradır.

Qeyd edək ki, VoMA təşkilatında kurs keçmiş snayperlər 2016-cı ilin Aprel döyüşlərində də fəal iştirak etmişdilər. Onlardan Talış kəndi istiqamətində gedən döyüşlərdə snayper kimi döyüşən Nurida Qabrielyanın adını çəkmək olar. Axar.az

ONN İnformasiya Agentliyi
image_printÇap Et
Ermənistanın yeni PLANI NƏDİR?
Ermənistanın yeni PLANI NƏDİR?
Ermənistanın yeni PLANI NƏDİR?
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png