ONN İnformasiya Agentliyi

Polis gücləndirilmiş iş rejimində işləyəcək

Polis gücləndirilmiş iş rejimində işləyəcək
23 Aprel 2019 - 20:28

Formula 1 Azərbaycan Qran-Prisi ilə əlaqədar daxili işlər orqanlarının şəxsi heyəti gücləndirilmiş iş rejimində çalışacaq.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən ONN media -ya bildiriblər ki, bununla bağlı daxili işlər naziri, general-polkovnik Ramil Usubov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, Formula 1 Azərbaycan Qran-Prisi yarışları ərəfəsində və müddətində ictimai asayişin etibarlı qorunması məqsədilə daxili işlər orqanlarının şəxsi heyəti aprelin 25-dən 29-dək gücləndirilmiş iş rejiminə keçirilib. Təhlükəsizliyin təmini, ictimai asayişin, qanunçuluğun və hüquq qaydasının qorunmasının, xidməti vəzifələrin yüksək səviyyədə və daha mütəşəkkil icrası məqsədilə həmin müddətdə DİN-in bilavasitə tabe qurumlarının, ərazi polis orqanlarının və nizami polis hissələrinin şəxsi heyəti gücləndirilmiş iş rejimində çalışacaq.

Əmrdə, həmçinin bildirilir ki, yarışlar ərəfəsində və keçirildiyi müddətdə ictimai yerlərdə və küçələrdə post-patrul xidməti naryadlarının sayı artırılacaq, avtomobil yollarında hərəkətin təhlükəsizliyi üçün bütün qüvvə və imkanlar səfərbər ediləcək. Avtomobillərin hərəkətində sıxlığın yaranmaması üçün adekvat tədbirlər görüləcək.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png