ONN İnformasiya Agentliyi

Ağdamda şəhid anasına ev tikildi

Ağdamda şəhid anasına ev tikildi
24 Aprel 2019 - 1:57

Ağdamda 80 yaşlı şəhid anasına iki otaqlı mənzil tikilib.

ONN media ONA-ya istinadən xəbər verir ki, Birinci Qarabağ müharibəsində şəhid olan Vaqif Əmrahovun 26 ildir tək yaşayan anasına yeni ev tikilib.

Q.Əmrahova açıqlamasında bildirib ki, 7 övladının 3-ü həyatını itirib. Digər övladları Bakı şəhərində yaşadığı üçün rayonu tərk etməyib. Hazırda Ağdam rayonunun cəbhə xəttində yerləşən Qaradağlı kəndində məskunlaşan şəhid anasının qonağı olan Ağdam rayon icra başçısı Vaqif Həsənov Q.Əmrahovanın mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına köməklik göstərib.

Məskunlaşdığı torpaq sahəsində yeni inşa olunan ikiotaqlı mənzildə tikinti işləri başa çatıb, son tamamlama işləri aparılır.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png