ONN İnformasiya Agentliyi

Dünya şöhrətli müğənni Azərbaycan yeməklərinə heyran qaldı

Dünya şöhrətli müğənni Azərbaycan yeməklərinə heyran qaldı
29 Aprel 2019 - 11:32

“Ölü kimi yatmaq istəyirəm… Bakı, izdihamı məni yordu. Bakıya, Azərbaycana, məni “Formula 1″ tədbirinə dəvət etdiyiniz üçün təşəkkür edirəm. Gözəl ölkə, gözəl insanlar və dadlı yeməklər…”

ONN media xəbər verir ki, bu sözləri dünən Bakıda möhtəşəm konsert proqramı ilə çıxış edən dünya şöhrətli ifaçı Kardi Bi instaqramda yazıb.

Formula 1 SOCAR Azərbaycan Qran-Prisi çərçivəsində təşkil olunan konsertdə çıxış edən ulduz “Baku Crystal Hall” səhnəsində pərəstişkarları ilə görüş haqında təəssüratlarını sosial şəbəkə vasitəsilə bölüşüb. Müğənni milli Azərbaycan yeməkləri və şirniyyatlarını videoya çəkib paylaşaraq milli mətbəximizə heyran qaldığını gizlətməyib.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png