ONN İnformasiya Agentliyi

SON DƏQİQƏ: Bakı – Sumqayıt yolunda hərəkət dayandı

SON DƏQİQƏ: Bakı – Sumqayıt yolunda hərəkət dayandı
06 Mart 2020 - 20:44

Bakı- Sumqayıt və Balaxanı-Novxanı-Sumqayıt avtomobil yollarında hərəkət dayanıb.

ONN media bildirir ki, adıçəkilən istiqamətlərdə nəqliyyat vasitələrinin hərəkəti iflic olub, böyük tıxac yaranıb.

Yolun Sumqayıta doğru istiqamətində hər iki yolda hərəkət tamamilə dayanıb. Yüzlərlə avtomobil yolda qalıb.

Hadisəyə Bakı-Sumqayıt yolunda gedən təmir işlərinin səbəb olduğu deyilir. Məlumata görə, Bakı-Sumqayıt yolunda təmir işləri aparıldığından avtomobillər Balaxanı-Binəqədi- Novxanı istiqamətinə yönləndirilib.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png