ONN İnformasiya Agentliyi

Bakıda polis maşınının üzərinə çıxan şəxs həbs edildi

Bakıda polis maşınının üzərinə çıxan şəxs həbs edildi
17 Aprel 2020 - 20:20

Sosial şəbəkələrdə yol polisinin xidməti avtomobillərinin üzərinə çıxan şəxslə bağlı məhkəmənin hökmü ilə inzibati tənbeh tədbiri tətbiq edilib.

ONN media bildirir ki, fotoşəkillər sosial şəbəkələrdə yayıldıqdan dərhal sonra Nərimanov Rayon Polis İdarəsinin Cinayət axtarış şöbəsinin əməkdaşlarının keçirdiyi müvafiq tədbirlərlə Nəsimi rayon sakini, 1999-cu il təvəllüdlü Nicat Mustafayev müəyyən olunaraq saxlanılıb.

Nərimanov RPİ-də N.Mustafayev barəsində toplanmış materiallar rayon məhkəməsinə göndərilib.

Məhkəminin qərarı ilə onun barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə 15 gün həbs inzibati tənbeh növü tətbiq edilib.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png