Türkiyənin maraqla izlənilən komediya serialı “Jet sosyete” final edir.
ONN media xəbər verir ki, Gülse Birselin ssenarisini yazdığı ekran işi 59-cu bölümündə sevənləri ilə vidalaşır.
Qeyd edək ki, “Jet sosyete” karantin günlərində özəl bir texniki üsulla dünya televiziyalarında ilkə imza atmışdı. Bu çəkilişlərdə aktyorlar evlərindən görüntülü danışıq edərək serialı ərsəyə gətirmişdilər.