ONN İnformasiya Agentliyi

Azərbaycan müraciət edərsə… – SEPAH GENERALI

Azərbaycan müraciət edərsə… – SEPAH GENERALI
13 Oktyabr 2020 - 19:52

İran Qarabağdakı terrorçularla mübarizəyə hazırdır.

ONN media xəbər verir ki, bunu İran İslam İnqilabi Keşişkçiləri Korpusunun (SEPAH) generalı Rəhim Noyi Əqdəm deyib.

SEPAH generalı bildirib ki, Azərbaycan müraciət edərsə, İran dəstək verməyə hazırdır.

“İran hər zaman bölgədə sülhün və qan tökülməməsinin tərəfdarıdır. Rəsmi Bakı Tehrana kömək üçün müraciət edərsə, döyüşçülərimiz Azərbaycan tərəfindən vuruşmağa hər zaman hazırdır”, – Rəhim Noyi Əqdəm vurğulayıb.

Qeyd edək ki, Rəhim Noyi Əqdəm I Qarabağ müharibəsində Azərbaycan tərəfindən döyüşüb. O, Fəxri fərman və medallarla, həmçinin Heydər Əliyev tərəfindən simvolik qılıncla mükafatlandırılıb.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png