ONN İnformasiya Agentliyi

Fransa xalqından Makrona ŞOK ZƏRBƏ

Fransa xalqından Makrona ŞOK ZƏRBƏ
04 Noyabr 2020 - 18:17

Fransada 10 nəfərdən 7-si Prezident Emmanuel Makronun hökumətinə etibar etmir.

ONN media  xəbər verir ki, bu, “YouGov” araşdırma şirkətinin anket sorğusu nəticəsində məlum olub.

Şirkətin 2-3 noyabrda “Huffingtonpost” üçün apardığı araşdırmada vətəndaşların hökumətin koronavirus pandemiyası ilə zəif mübarizə apardığı bildirilib.

İştirakçıların 73%-i hökumətin küçəyə çıxma qadağasına dair addımlarını əsassız hesab edib. 52% isə gözəllik salonları və kitabxanaların bağlanmasının məntiqsiz qərar olduğunu bildirib.

Qeyd edək ki, 1 noyabrda Fransada aparılan sorğu nəticəsində hökumətin təhlükəsizlik tədbirlərinin əhalini terror və ya digər hadisələrdən qoruyacağına inananların sayı 26% təşkil etmişdi.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png