ONN İnformasiya Agentliyi

Vətən müharibəsində şəhid olmuş Cəlal Bayramov Saatlıda dəfn edildi

Vətən müharibəsində şəhid olmuş Cəlal Bayramov Saatlıda dəfn edildi
14 Yanvar 2021 - 14:24

Vətən müharibəsində şəhid olan Cəlal Bayramov Saatlıda dəfn olunub.

ONN media  bildirir ki, Saatlı rayonu Çolpu kənd sakini, 1994-cü il təvəllüdlü Bayramov Cəlal Yaqub oğlu 2020-ci il 29 sentyabrda Səfərbərlik Xidmətinin çağırışı ilə cəbhə bölgəsinə yollanıb. Oktyabrın 27-də Laçının Arpagədik kəndində ailəsi ilə danışıb və ondan sonra itkin düşüb.

Cəlal Bayramovun şəhid olduğu yanvarın 13-də ailəsinə xəbər verilib.

DNT analizi vasitəsi ilə nəşin Cəlal Bayramova məxsus olduğu identifikasiya edilib.

Şəhid Saatlının Çolpu kəndində dəfn olunub.

Allah rəhmət eləsin!

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png