ONN İnformasiya Agentliyi

SON DƏQİQƏ: Ağsunun ucqar dağ kəndində GÜCLÜ YANĞIN

SON DƏQİQƏ: Ağsunun ucqar dağ kəndində GÜCLÜ YANĞIN
07 Fevral 2021 - 21:05

Fevralın 7-də Ağsu rayonunun ucqar dağ kəndi olan Kalvada yanğın hadisəsi baş verib.

ONN media  xəbər verir ki, hadisə gündüz saat 15 radələrində Zahid Nuriyevin həyətindəki çardaqda, bağlı ot tayasında olub.

Hadisə yerinə Ağsu və Şamaxı yanğından mühafizə hissələrindən ümumilikdə 11 nəfər şəxsi heyət və iki yanğınsöndürən maşın gəlib.

Yanğınsöndürənlərin səyi nəticəsində alovun yaxınlıqdakı evə və mal-qara saxlanan tövləyə keçməsinin qarşısı alınıb. Buna baxmayaraq, çardağın xeyli hissəsi və 2,2 ton bağlı otun yarıya qədəri yanıb.

Hazırda yanğının tamamilə söndürülməsi üçün səylər davam edir.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png