ONN İnformasiya Agentliyi

17 min 750 terrorçunu zərərsizləşdirdik – Ərdoğan AÇIQLADI

17 min 750 terrorçunu zərərsizləşdirdik – Ərdoğan AÇIQLADI
17 Fevral 2021 - 23:49

Türkiyə 40 ildir separatçı terror təşkilatı ilə mübarizə aparan bir ölkədir. Bu müddətdə terror bataqlığını qurutmağa çalışdıq. Türkiyə üzərində maraqlı olan dairələr 2013-cü ildən bəri PKK-nı yenidən hərəkətə gətirib.

ONN media  xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

“Terror problemini həll etmək üçün bütün riskləri gözə alaraq müxtəlif addımlar atdıq. Millətimizin və ölkəmizin bütövlüyünə göz dikən terror təşkilatı müəyyən dairələrlə birlikdə yenidən hərəkətə keçdi. Cənub sərhədlərimizdə yaradılan terror dəhlizini sındırmaq üçün bir çox əməliyyat apardıq. Bu əməliyyatlar sayəsində Suriya sərhədlərimizin əhəmiyyətli bir hissəsini təhlükəsiz hala gətirdik”, – Ərdoğan deyib.

Son 5 ildə 17 min 750 terrorçunu zərərsizləşdirdiklərini söyləyən Ərdoğan heç vaxt boyun əymədiklərini, bundan sonra da təslim olmayacaqlarını bəyan edib.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png