ONN İnformasiya Agentliyi

Paşinyanın gizli səfəri gərginlik yaratdı, aksiyalar başladı – VİDEO

Paşinyanın gizli səfəri gərginlik yaratdı, aksiyalar başladı – VİDEO
21 Aprel 2021 - 11:58

Ermənistanın Sünik (Zəngəzur) vilayətində Baş nazir Nikol Paşinyanın səfərinə qarşı etiraz aksiyası keçirilir.

ONN media  xəbər verir ki, bu məlumatı “Sputnik Ermənistan” yayıb. Məlumata görə, Mehri şəhərindəki mitinqə onlarla vətəndaş toplaşıb. Onlar Paşinyanın şəhəri tərk etməsini istəyiblər.

Paralel olaraq şəhərdə Paşinyana dəstək aksiyasına da start verilib. Bir müddət sonra Paşinyanın əleyhdarları ilə tərəfdarları arasında toqquşma yaşanıb və hüquq-mühafizə orqanı əməkdaşlarının müdaxiləsi ilə vəziyyət stabilləşib.

Paşinyanın əleyhdarlarının hələ də baş nazirin kortejinin keçəcəyi yolu bağlı saxladığı bildirilir.

Qeyd edək ki, Paşinyan dünən gecə gizli şəkildə Zəngəzura səfər edib.(axar.az)

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png