ONN İnformasiya Agentliyi

Piyadanı öldürüb qaçan sürücü həbs edildi

Piyadanı öldürüb qaçan sürücü həbs edildi
18 Avqust 2021 - 14:54

Avqustun 7-də saat 22 radələrində Saatlı rayonunun Musalı kəndi ərazisində müəyyən edilməmiş avtomobillə Nərimankənd kənd sakini Elçin Məmmədov vurulub.

ONN media Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, hadisə nəticəsində piyada aldığı xəsarətlərlə xəstəxanaya yerləşdirilmiş və avqustun 18-də orada ölmüşdür.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yol-nəqliyyat hadisəsini törətməkdə şübhəli bilinən “Mercedes” markalı avtomobilin sürücüsü N.Müzəffərov müəyyən edilərək saxlanılmışdır.

Saatlı RPŞ tərəfindən araşdırma aparılır.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png