ONN İnformasiya Agentliyi

Neft quyusundan oğurluq etmək istədi, amma…

Neft quyusundan oğurluq etmək istədi, amma…
08 Oktyabr 2021 - 18:45

Səbail rayonu, “20-ci sahə” yaşayış massivində neft quyusundan oğurluğa cəhd olub.

ONN media xəbər verir ki, “Report”un əldə etdiyi məlumata görə, gecə saat 03:40 radələrində üç nəfər “Bibiheybətneft” Neft və Qazçıxarma İdarəsinin 3 sayılı mədən ərazisində Elçin Əzizov küçəsində yerləşən 2776 nömrəli işlək neft quyusunun elektrik naqillərini oğurlamağa çalışıb. Onlar elektrik cərəyanından qorunmaq üçün xüsusi hazırlanmış, tutacağı plastmas, aşağı hissəsi isə metal olan alətlə elektrik paylayıcı lövhəyə müdaxilə edərkən neft obyektlərinin təhlükəsizliyini təmin edən mühafizəçilər tərəfindən aşkarlanıblar.

Oğruların ikisi qaçsa da, Astara rayon sakini Əlizadə Azər Azad oğlumühafizəçilər tərəfindən yaxalanıb və Səbail rayon Polis İdarəsinin 8-ci polis bölməsinə təhvil verilib.

Onların mədən ərazisində qanunsuz tikilən evlərdə yaşadığı bildirilir.

Qeyd edək ki, dəfələrlə “Bibiheybətneft” NQÇİ-nin mədən ərazilərində torpaq sahələrini zəbt etməklə qanunsuz tikilən evlər neft hasilatı prosesinə ciddi maneələr yaradıldığı bildirilmişdi.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png