ONN İnformasiya Agentliyi

Bakıda ƏMƏLİYYAT- Qadın narkotacir ələ keçdi

Bakıda ƏMƏLİYYAT- Qadın narkotacir ələ keçdi
11 Oktyabr 2021 - 14:12

Binəqədidə narkotik vasitə satan qadın tutulub.

ONN media  xəbər verir ki, Binəqədi RPİ 43-cü PB əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Bakı şəhər sakini S.Vəliyeva saxlanılıb. Şəxsi axtarış zamanı ondan 1,1 kiloqrama yaxın heroin, 115 qrama yaxın metamfetamin, elektron tərəzi və bank kartları aşkar edilərək götürülüb.

Araşdırmalar davam etdirilir.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png