ONN İnformasiya Agentliyi

İnsan alveri ilə məşğul olan qadına 7 il həbs cəzası verildi

İnsan alveri ilə məşğul olan qadına 7 il həbs cəzası verildi
11 Oktyabr 2021 - 15:52

Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi insan alveri ilə məşğul olan Quba şəhər sakinini həbs edib.

Quba şəhər sakini Məmmədova Zeynəb Əlibaba qızının Azərbaycan Respublikasının vətəndaşı olan qadınları ölkə xaricinə apararaq cinsi istismara məruz qoyması faktı DİN-nin İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində ifşa edilib.

Faktla bağlı başlanılmış cinayət işi üzrə istintaq baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Zeynal Ağayevin sədrliyi ilə keçirilmiş məhkəmənin hökmünə əsasən Məmmədova Zeynəb Əlibaba qızı Cinayət Məcəlləsinin 144-1.1, 243.1 və 244.1-ci maddələri ilə təqsirli bilinərək 7 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png