ONN İnformasiya Agentliyi

Azərbaycan filmləri “Netflix” vasitəsilə dünyaya çatdırmalıdır – TƏKLİF

Azərbaycan filmləri “Netflix” vasitəsilə dünyaya çatdırmalıdır – TƏKLİF
12 Noyabr 2021 - 13:53

“Azərbaycanda bütün parametrlər üzrə tarixi filmlərin, serialların çəkilməsi zəruridir. Bu filmləri “Netflix” vasitəsilə dünyaya çatdırmalıyıq”. 

Bunu 2022-ci ilin büdcə layihəsinin müzakirəsi zamanı Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva deyib.

O bildirib ki, kino sahəsinə ayrılan vəsaitlər artırılmalıdır.

“Bu yaxınlarda türkiyəli məşhur rejissor Osman Sınav Azərbaycana gəlmişdi. O təklif etdi ki, ortaq dəyərlərlə bağlı bir film çəkilsin, xərcin yarısının Türkiyə tərəfindən qarşılanacağını dedi. Amma biz digər yarımçıq qalan vəsaiti tapa bilmədik. Biz keyfiyyətli filmlər, seriallar istəyiriksə, kino və mədəniyyət sahəsinə ayrılan vəsaitlər artırılmalıdır”, – deyə Qənirə Paşayeva əlavə edib.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png