ONN İnformasiya Agentliyi

AMEA-nın Ümumi yığıncağı keçiriləcək

AMEA-nın Ümumi yığıncağı keçiriləcək
17 Fevral 2022 - 17:51

Fevral ayının 19-da Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Ümumi Yığıncağının keçirilməsi nəzərdə tutulub.

ONN media  xəbər verir ki, Akademiya Rəyasət Heyətinin Mətbuat xidmətinin rəhbəri Azadə Babayeva Report-a açıqlamasında hazırda yığıncaqda iştirak edəcək şəxslərin sayının dəqiqləşdirildiyini bildirib.

O qeyd edib ki, yekun saydan asılı olaraq Ümumi Yığıncağın keçirilib-keçirilməməsi ilə bağlı qərar veriləcək. Bundan sonra iclasın gündəliyi məlum olacaq.

Xatırladaq ki, AMEA-nın prezidenti Ramiz Mehdiyev fevralın 14-də istefa verəcəyini açıqlayıb. O, istefa ərizəsi yazıb.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png