ONN İnformasiya Agentliyi

Qəzada həlak olan hərbiçimiz dəfn olundu

Qəzada həlak olan hərbiçimiz dəfn olundu
10 İyul 2022 - 20:10

Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu xidməti vəzifəsinin yerinə yetirən zaman həlak olan kiçik çavuş 1990-cı il təvəllüdlü Novruz Tağı oğlu Tağıyevin nəşi bu gün Tovuz rayonunda dəfn olunub.

ONN media xəbər verir ki, Novruz Tağıyevin nəşi Koxanəbi kənd qəbiristanlığında torpağa tapşırılıb, ruhuna dualar oxunub, məzarı üstünə əklillər və tər qərənfillər qoyulub.

Vida mərasimində Tovuz Rayon İcra Hakimiyyətinin rəhbərliyi, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin, Müdafiə Nazirliyinin, hüquq-mühafizə orqanlarının əməkdaşları, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Dəfn mərasiminin sonunda üçrəngli Azərbaycan bayrağı Novruz Tağıyevin qardaşı Namiq Tağıyevə təqdim olunub.

Qeyd edək ki, Tağıyev Novruz Tağı oğlu iyulun 9-u axşam saatlarında baş vermiş avtoqəza nəticəsində həlak olub.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png