ONN İnformasiya Agentliyi

Bakıda Azərbaycan, Rusiya və İran rəsmiləri arasında görüş keçirilir

Bakıda Azərbaycan, Rusiya və İran rəsmiləri arasında görüş keçirilir
09 Sentyabr 2022 - 11:51

Hazırda Bakıda Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin İnkişafı üzrə Azərbaycan, Rusiya və İran rəsmiləri arasında görüş keçirilir.

ONN media xəbər verir ki, görüşdə Azərbaycan tərəfdən Baş nazirin müavini Şahin Mustafayev, Rusiya tərəfdən Baş nazirinin müavini Aleksandr Novak, İran tərəfdən isə yollar və şəhərsalma naziri Rüstəm Qasımi iştirak edir.

Görüşdə müntəzəm daşıma xidmətlərinin yaradılmasını təşviq etmək də daxil olmaqla, Azərbaycanın, İranın və Rusiyanın yüksək intermodal tranzit potensialından maksimum istifadə etmək, bu məqsədlə Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizini inkişaf etdirmək üçün əməkdaşlığın daha da gücləndirilməsinin vacibliyi qeyd edilib.

Görüşün sonunda Bakı Bəyannaməsinin imzalanması nəzərdə tutulur.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png