ONN İnformasiya Agentliyi

Zaqatalada yeni doğulan körpə öldü

Zaqatalada yeni doğulan körpə öldü
28 Oktyabr 2022 - 17:22

Zaqatalada yeni doğulan körpə ölüb.

ONN media-nın məlumatına görə, rayonun Yeni Suvagil kənd sakini, 1998-ci il təvəllüdlü Gülsənəm Etimad qızı Zamanova oktyabrın 25-də birinci hamiləliklə doğuş üçün Zaqatala Rayon Mərkəzi Xəstəxanasının (MRX) Doğum şöbəsinə daxil olub.

24 yaşlı G.Zamanova təbii doğuşla oğlan uşağı dünyaya gətirib. Yeni doğulan körpədə kəskin narahatlıq olduğu üçün doğuşun ertəsi günü müalicə məqsədilə Bakıdakı xəstəxanalardan birinə göndərilib.

Körpə oktyabrın 27-də Bakıda müalicə olunduğu xəstəxanada ölüb.

Faktla bağlı araşdırma aparılır.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png