Çin təyyarə sürəti ilə hərəkət edə bilən qatar prototipinin ilk sınaqlarına başlayıb. ONN media xəbər verir ki, layihənin müəllifi Şanxay Jiao Tong Universitetinin mühəndis tədqiqat qrupudur. “South China Morning Post”un məlumatına görə, qatarın sürəti 620 km/saata çatır ki, bu da bəzi təyyarələrin sürəti ilə müqayisə edilə bilər. Mühəndis qrupu qatarın sürətini 800 km/saata çatdırmaq üzərində çalışır. Çin qatarların dəmir yolu nəqliyyatının inkişafında növbəti addım olacağına ümid edir. Çünki bu qatarlar böyük şəhərlər arasındakı nəqliyyat sistemində daha ucuz, daha sürətli və daha səmərəli fəaliyyət göstərir. Həm də mütəxəssislər qatarda maye azotdan istifadə edir. 2027-ci ildə qatarın istifadəyə verilməsi və müntəzəm Tokio-Naqoya marşrutu üzrə reys açılması planlaşdırılır. Qeyd edək ki, qatar “Maglev” (maqnit levitasiya) sinfinə aiddir. “Maglev” yol yatağının üstündə dayanan, elektromaqnit sahəsinin gücü ilə idarə olunan qatar və ya tramvay növüdür. Belə qatarlar ənənəvi qatarlardan və tramvaylardan fərqli olaraq, hərəkət zamanı dəmir yolu səthinə toxunmur. Qatarla yolun səthi arasında boşluq olduğundan aralarındakı sürtünmə aradan qaldırılır və tək əyləc qüvvəsi aerodinamik süründürmə olur.(publika.az)
Çin dünyada analoqu olmayan qatarı sınaqdan keçirir



Tǝyyarǝ ilǝ yarışan qatardan DÜNYA REKORDU
Sərnişinlərə ŞAD XƏBƏR - Vaxt qısaldıldı
SAATDA 81 KM SÜRƏTLƏ “GƏLƏCƏYƏ GEDƏN” QATARIMIZ… – “Dünyada belə sürətlə öyünən ölkə varmı?”
Sürət qatarından istifadə edənlərə ŞAD XƏBƏR
İsveçdə dəhşətli olay- QATAR RELSDƏN ÇIXDI
Metroda yenə problem yarandı
Rusiyada sərnişin qatarı qəzaya uğrayıb
Şəmkirdə DƏHŞƏTLİ OLAY - Qatarın altında qalaraq öldü
Bakı metrosunda qatarların hərəkətində gecikmə yaranıb - SƏBƏB?
Bakı metrosunda gərginlik- Nə baş verdi?
Bakıdan Ağstafaya getmək istəyənlərin NƏZƏRİNƏ
Bakıya 10 vaqonluq müasir qatar gətirildi
Sabah Azərbaycanda yağış yağacaq
Polis 8 avtomat, 2 tüfəng və 548 patron aşkarladı
Bakıda bu ərazilərdə söküntülər planlaşdırılır - ÜNVANLAR
Bulvarda klassik və sürət avtomobillərinin festivalı keçirilir
ASAN Xidmətdə çalışanların NƏZƏRİNƏ
Siqaret yenidən bahalaşır - Səbəb açıqlandı
Bu yaşdan sonra sürücülük vəsiqəsi verilməyəcək?
Naxçıvan sakinlərinə şad xəbər
Siqaret yenidən bahalaşır - Səbəb açıqlandı
Laçında yeni yaşayış məhəllələri salınır
"Təmiz qidalanma" trendinin təhlükəsi barədə XƏBƏRDARLIQ
Hasan Can Kaya evləndi
Marketlərdəki bu ucuz məhsul ciddi problemin dərmanı imiş
İranın nə qədər raketi qalıb? - Tramp açıqladı
Günün qoroskopu: Aktiv və praktik olun 