Bakı-Gəncə istiqamətində qatarların hərəkət sürəti artırılıb. Bu səbəbdən noyabrın 24-dən Bakı-Gəncə-Bakı sürətli sərnişin qatarının hərəkət cədvəli dəyişdiriləcək.
Bu barədə ONN media -ya "Azərbaycan Dəmir Yolları" QSC-nin Mətbuat katibliyi şöbəsindən məlumat verilib.
Qatarların Bakıdan və Gəncədən yola düşmə vaxtı isə olduğu kimi saxlanılacaq. Yeni qrafikdə qatarın yolda olma müddəti 4 saat 15 dəqiqədən 3 saat 45 dəqiqəyə enəcək. Bununla da, sərnişinlər mənzil başına 30 dəqiqə tez çatdırılacaq.
Qeyd edək ki, qatarın sürətinin 135 km/saata qaldırılması yolda olma müddətini də qısaldıb. Buna nail olmaq üçün Bakı-Böyük Kəsik istiqamətində əsaslı təmir və yenidənqurma işləri aparılıb. Yol təsərrüfatı və işarəvermə qurğularının ən müasir tələblərə uyğun işlənməsi, yol yatağının dəyişdirilməsi, elektrik təchizatı sahəsində təmas şəbəkəsinin yenilənməsi və müasirləşdirilməsi qatarların sürətinin artırılmasına şərait yaradıb. Sürət həddinin artması ilə əlaqədar olaraq, "Azərbaycan Dəmir Yolları" QSC vətəndaşlardan təhlükəsizlik qaydalarına daha ciddi riayət etmələrini, yolu yalnız müəyyən olunmuş yerlərdən keçmələrini xahiş edir.


Bakı-Gəncə qatarının hərəkət cədvəli dəyişdirilir
Bakı-Gəncə-Bakı istiqamətində yeni sürətli sərnişin qatarı yola düşdü
Bakı-Sumqayıt qatarından istifadə edənlərin NƏZƏRİNƏ
Sürət qatarından istifadə edənlərə ŞAD XƏBƏR
Bakı-Ağstafa qatarı ilə bağlı - SON VƏZİYYƏT
Sürət qatarlarında qiymətlər endi - YENİ TARİF
Bakı-Ağstafa sürət qatarı bu stansiyada da dayanacaq
Bakıdan Ağstafaya getmək istəyənlərin NƏZƏRİNƏ
Gəncəyə qatarla getmək istəyənlərin NƏZƏRİNƏ
Sərnişin qatarlarının hərəkəti dayandırılır
Gəncə istiqamətinə əlavə qatar təyin edilir - Səbəb?
Messi gözyaşlarına hakim ola bilmədi
Maşın almaq istəyənlərin NƏZƏRİNƏ
Avropada dəhşətli istilərlə bağlı xəbərdarlıq
Neft həftəyə bu qiymətlə başladı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı 