ABŞ prezidenti Donald Tramp Türkiyənin Suriyada həyata keçirdiyi əməliyyatla bağlı növbəti dəfə danışıb.
ONN media xəbər verir ki, Tramp bunun ABŞ-ın problem olmadığını bildirib.
“Bu, Türkiyə ilə Suriya arasındadır, mənim problemim deyil”, – o deyib.
ABŞ prezidenti həmçinin, YPG/PKK terror təşkilatına işarə edərək “onlar mələk deyillər” söyləyib.
Qeyd edək ki, Türkiyə Silahlı Qüvvələri və Suriya Milli Ordusu oktyabrın 9-dan Suriyanın şimalında PKK/YPG/PYD terror təşkilatına qarşı əməliyyat keçirir.