Ermənistan ordusunun bir hərbçisi ölüb, digəri yaralanıb.
ONN media xəbər verir ki, Tavuş rayonu ərazisində baş verən yol-nəqliyyat hadisəsi erməni hərbçinin ölümü, digərinin yaralanması ilə nəticələnib.
Ermənistan Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, hadisə iyunun 2-də baş verib.
Qəzaya düşənlər Ermənistan Müdafiə Nazirliyinin nəzdindəki “Dağlıq Ermənistan” istirahət evinin əməkdaşlarıdır.(publika.az)