ONN İnformasiya Agentliyi

Naxçıvan əlində silah öz istiqlalını son nəfəsinədək qoruyacaq -Əli SƏBRİ

Naxçıvan əlində silah öz istiqlalını son nəfəsinədək qoruyacaq -Əli SƏBRİ
19 Fevral 2020 - 12:52

 Unutmayaq, unutdurmayaq!

19 fevral (1892-1983) pedaqoq, yazıçı, jurnalist, tərcüməçi, milli-azadlıq mübarizəsinin cəfakeşlərindən Əli Səbri Qasımovun vəfat etdiyi gündür. 

Əli Səbri Qasımov 1892-ci il aprel ayının 15-dəm qədim Türk yurdu Naxçıvanın Babək rayonunun Nehrəm kəndində dünyaya göz açıb.

1913-cü ildə Qori Müəllimlər Seminariyasını, 1925-30-cı illərdə Bakı Dövlət Universitetinin Filologiya fakültəsini bitirmişdir.

Zaqafqaziya (Qori) Müəllimlər Seminariyasını bitirən Əli Səbri qısa müddət Bakıda müəllimlik etdikdən sonra Naxçıvana gələrək yerli vətənpərvərlərin 20-ci yüzilliyin əvvəllərində erməni daşnak təcavüzünə qarşı apardıqları müharibənin ön sıralarında olub. Balkan müharibəsi dövründə ərazi iddiaları iflasa uğrayan erməni ideoloqları I Cahan savaşında çar Rusiyasının təhrikilə yenidən və daha mütəşəkkilliklə mübarizəyə girişdilər. Naxçıvan yenidən hədəf seçildi. Naxçıvan, Dərəyələz, Şərur, Vedibasar, Qarabağ erməni işğalçıları tərəfindən savaş meydanına çevrildi. Naxçıvan ziyalıları mübarizənin önündə dayanırdılar.

Azərbaycan Xalq Cümhuriyyəti dövrünün ziyalıları arasında Əli Səbri Qasımovun xüsusi yeri var. Yazıçı, jurnalist, tərcüməçi kimi tanınan bu görkəmli şəxsiyyət milli-azadlıq mübarizəsinin cəfakeşlərindən biri olsa da, bu gün onun ömrünün açılmamış səhifələri qalmaqdadır.

“Molla Nəsrəddin” jurnalında Tağı Yunuszadə imzası ilə çıxış edib və ömrünün bir hissəsini Sibirdə keçirib. Səbri onun təxəllüsüdür.

Əli Səbri Qasımovun tarixi şücaəti bügünkü gəncliyimiz üçün örnək ola bilər. Transqafqaz Ali Komissarı Haskelə demişdi: “Naxçıvan əlində silah öz istiqlalını son nəfəsinədək qoruyacaq. Biz Ermənistan adlı hökuməti tanımırıq. Bütün gücümüzlə, belə hökuməti ona görə rədd edirik ki, biz təyini-müqəddərat istəyirik… bu, bizim hüququmuzdur, onu heç kimə güzəşt etmərik.

Əli Səbri Naxçıvanda qurulan Araz-Türk hökumətinin sədri Əmir bəy Əkbərzadə, Hüseyn Cavid, Fətulla Hüseynov, Kəblə Muxtar və digər nüfuzlu naxçıvanlıların köməyilə könüllü xalq dəstələrinin yaradılmasına təşəbbüs göstərib, onların əlaqələndirilməsində xüsusi rol oynayıb. Bu səylər nəticəsində yaranmış Nehrəm taboru (başçısı Kəblə Muxtar), Cəhri taboru (Kəblə Kərim), Baş Noraşen, Düdəngə və Zeyvə taboru (Fətulla bəy Hüseynov), Ordubad taboru (İbrahim Xəlil Axundov), Şərur- könünlülərdən ibarət partizan dəsdəsi (Komandir, partizan Tağı Məşədi-Mahmud oğlu), Vedibasar müqavimət hərəkatının başçısı Abbasqulu bəy Şadlinskinin və Civə kənd könüllülərinin komandiri Bala Bəy Vəkilovla birlikdə erməni işğalçılarına qarşı döyüşlərdə qəhrəmanlıq nümunələri göstərərək mahalın erməni silahlarından təmizlənməsində xüsusi rol oynayıblar.

Əli Qasımov 1983-cü ilin fevralın 19-da Bakıda vəfat etmişdir.

Cavid İSMAYIL

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
Şərhlər
Şərh yoxdur
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png