ONN media

ŞOKA SALACAQ OLAY: Müğənni ölən qohumlarını xatırladı, özü də faciəvi şəkildə öldü – FOTO

ŞOKA SALACAQ OLAY: Müğənni ölən qohumlarını xatırladı, özü də faciəvi şəkildə öldü – FOTO
06 Sentyabr 2019 - 19:44

30 yaşlı amerikalı gitara ifaçısı Kayli Rey faciəvi şəkildə dünyasını dəyişib.

ONN media xəbər verir ki, konsert vermək üçün ABŞ-ın Taos şəhərinə gedən Kayli Nyu-Meksiko yolunda İnstaqramında canlı yayım açıb. O, 12 saatdır yol getdiyini və çox sıxıldığını bildirib. Bundan başqa, müğənni həmin yerlərdə dünyalarını dəyişmiş qohumlarını xatırlayıb.

O deyib ki, əmilərindən başqa, bütün qohumları, o cümlədən atası bu yerlərdə dünyalarını dəyişib. Göz aşlarını saxlaya bilməyən Kayli uşaqlıqda həmin yolda atası ilə düşdüyü yol qəzasından da danışıb. O, hər dəfə bu yolu keçəndə göz yaşlarına hakim ola bilmədiyini deyib.

Bir neçə saat sonra Kayli özü 3 avtomobilin iştirakı ilə yol qəzasına düşüb. Müğənninin və digər maşındakı 16 yaşlı yeniyetmənin həyatını xilas etmək mümkün olmayıb.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
Şərhlər
Şərh yoxdur
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png