ONN media bu günün qoroskopunu təqdim edir. Qoç - çox nadir rast gəlinən stabil emosional fona malik gündür. Yaşananlara rəğmən sakit, soyuqqanlı olun. Məntiqli davranın, baş verənlərə təmkinlə reaksiya verin. Buğa - çoxdan bəri həllini gözləyən və sizi narahat edən müşkülün çözümü üçün əlverişli zamandır. Günün ikinci yarısında qohumların dəstəyinə ehtiyac var. Əkizlər - zəruri güc, qüvvə və dəstəyi ailədə tapacaqsınız. Ev işləri ilə məşğul olun. Belədə yaxşı ideyalar yarana bilər. Xərçəng - istənilən formada hiyləgərlik və intriqa ilə müqayisədə səmimiyyətlə aşkarlığın daha güclü olacağı gündür. Bədxahlarla rəqiblərə qarşı aqressiv olmayın. Bir sıra çətinlikləri birlikdə dəf edəcəyiniz yeni dostlarınız ola bilər. Şir - dəvət aldığınız tədbirə yollanın. Ünsiyyəti məhdudlaşdırmayın. Orijinal, hətta ekstravaqant davrana bilərsiniz. İndiki fəaliyyətinizin bəhrəsini az sonra görəcəksiniz. Əməklərinizə görə dərhal mükafat alacağınızı düşünməyin. Qız - çalışdığınız sahədə və ya işdə fikir ayrılıqları ola bilər. Rəhbərlik və ya sifarişçi ilə mübahisə istisna deyil. Vaxtında güzəştə getməyi bacarın ki, fəaliyyətinizin mənfi nəticələri olmasın. Tərəzi - şərik, həmkar və ya tərəfdaşla mübahisələr yaşana bilər. Günün ikinci yarısında mövqeyinizi qorumaq, müdafiə etmək asan olmasa da, bu işin öhdəsindən gəlin.
Əqrəb - bütün diqqətinizi və vaxtınızı işə sərf etməyin. Dostlar, qohumlar, sevdiyiniz insanla ünsiyyətə vaxt tapın. Son vaxtlar onları narahat edən istənilən problemi müzakirə edə bilərsiniz. Problemlərin həll yollarını arayın. Oxatan - əlverişli emosional fona malik gündür. Əhvalınız xoş olacaq. Dostlarla görüş, yeni planların hazırlanması, fərqli istiqamətin bəlirlənməsi üçün yaxşı zamandır. Oğlaq - qarşılaşacağınız insanla bağlı tələsik qərar verməyin. İlk təəssürat aldadıcı ola bilər. Axşam saatlarında normal istirahət edin. Dolça - Pərişan olan, ruhdan düşənlərə ürək-dirək verin. Çətin vəziyyətə düşənə yardım edin. Sizi maraqlı görüş gözləyir. Balıqlar - səfər, səyahət, şəraitin dəyişdirilməsi, köç üçün əlverişli zamandır. Dayanmayın, hərəkət edin. İradəli olun. Əldə etdiyiniz nailiyyətlə kifayətlənməyin Yaxın ətrafınızdakı insanları ruhlandırın.(milli.az)Günün qoroskopu: bütün diqqətinizi və vaxtınızı işə sərf etməyin



Günün qoroskopu: yaxın ətrafınızdakı stress vəziyyətlərə reaksiya verin
Günün qoroskopu: qüvvənizi mənasız işlərə sərf etməyin
Günün qoroskopu: Qəfil nailiyyətlər, xoş təsadüflər istisna deyil
Günün qoroskopu: emosiyalarınıza hakim olun
Günün qoroskopu: kiçik anlaşılmazlıqlar istisna deyil
Günün qoroskopu: təmaslarınızda diqqətli olun
Günün qoroskopu: perspektivdə "stavka" edəcəyiniz ciddi işlərlə məşğul olun
Günün qoroskopu: Çoxdan bəri yarımçıq qalmış işi tamamlayın
Günün qoroskopu: yeni layihəni həyata keçirməyə hazır olun
Günün qoroskopu: Səhhətinizdə kiçik problemlər yarana bilər
Günün qoroskopu: tərəfdaşlarınızı diqqətlə dinləyin
Günün qoroskopu: yeni iş və ya layihə üçün əlverişli zamandır
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 