ONN media bu günün qoroskopunu təqdim edir. Qoç - çox maraqlı gün olacaq. Sizi cazibədar və perspektivli layihələr gözləyir. Başlayacağınız işləri uğurla başa vura bilərsiniz. Buğa - işgüzar intuisiyanız və hissiyatınız güclüdür. Mənfəətdən daha çox problemlər bəxş edəcək təklifləri qəbul etməyin. Əkizlər - rəqabət mübarizəsində udan tərəf siz olacaqsınız. Rəqiblərlə bədxahları üstələmək üçün ciddi səylərə ehtiyac yoxdur. Axşam saatlarında baş tutacaq tanışlıq yaşamınızda önəmli rol oynaya bilər. Xərçəng - maliyyə durumu stabildir. Alış-veriş edə bilərsiniz. Qeyri-formal şəraitdə istənilən görüşlər üçün əlverişli gündür. Ailəvi istirahət üçün əlverişli zamandır. Şir - uğursuz və stresslə zəngin gündür. Lakin az sonra faydalı olacaq dərslər alın. Ənənələri pozmağa, sosial şərtlərin diqtə etdiyi məqamları geridə qoymağa çalışın. Kimsə sizi izafi dərəcədə ekstravaqant adam saya bilər. Narahat olmayın, Bilik və bacarıqlarınız yetərincə qiymətləndirəcəklər. Qız - təmaslarınızda diqqətli olun. Sizinlə təmaslara can atanların hamısı səmimi deyil. Yeni tanışlarla bağlı ilkin təəssüratlar dürüst deyil. İmiclə bağlı eksperimentlər üçün əlverişli zamandır. Tərəzi - yeni işlər üçün əlverişli gündür. Məlumatlarınızın çox az olduğu layihəyə belə, başlaya bilərsiniz. İnsanlarla sıx ünsiyyət, təmaslar və fəallıq tələb edən işlərdə uğur qazanacaqsınız. Əqrəb - kollektiv zəhmət münasibdir. Günün ikinci yarısında yardım istəyənlərə kömək edin. Yaxınlarınızla bahəm, yaxşı tanımadığınız insanlara da arxa durun. Oxatan - emosiyalarınıza hakim olun. Diqqətli davranın, rəqiblərin istəklərinə fikir verin. Onların sözlərinin ikinci mənasını anlamağa çalışın. Oğlaq - yaxşı bələd olmadığınız insanların birindən təklif alacaqsınız. Təklifin gerçəkləşməsi sizinlə bahəm, həmin şəxsin özündən asılıdır. Sərvaxt olun, imkanları əldən verməyin. Dolça - ilüziyalardan qurtularaq real işlərlə məşğul olmağa başlayın. Verdiyiniz vədləri unutmayın. Ciddi məqsədləri müəyyənləşdirərək priorietlərdə yerdəyişmələr edə bilərsiniz. Xəyallara qapılmayın, realist olun. Balıqlar - başladığınız işləri başa vurmağa çalışarkən mühüm anlarla məqamları nəzərdən qaçırmayın. Formalaşan şərtlərin diqtə etdiyi addımları atmazdan əvvəl düşünün.(milli.az)
Günün qoroskopu: emosiyalarınıza hakim olun



Günün qoroskopu: təmaslarınızda diqqətli olun
Günün qoroskopu: ciddi problemlər, ağır fəsadlı olaylar olmayacaq
Günün qoroskopu: qüvvənizi mənasız işlərə sərf etməyin
Günün qoroskopu: səfər və ya səyahəti təxirə salın
Günün qoroskopu: əsla risk etməyin
Günün qoroskopu: işgüzar baxımdan faydalı tanışlıqlar və görüşlər istisna deyil
Günün qoroskopu: Səhhətinizdə kiçik problemlər yarana bilər
Günün qoroskopu: İstəsəniz, əhvalınızı yaxşılaşdıra bilərsiniz
Günün qoroskopu: yaşlı qohumlar sizi dinləməyə hazırdır
Günün qoroskopu: bütün diqqətinizi və vaxtınızı işə sərf etməyin
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 