ONN media bu günün qoroskopunu təqdim edir. Qoç - çalışdığınız kollektivdə səbrli və təmkinli davranın. Yaşananlara real baxın. Maraqlarınız yaxın ətrafınızdakı insanların mənafeləri ilə kəskin ziddiyyət təşkil etməməlidir. İllüziyalardan qurtulun. Günün ikinci yarısında intuisiyanız sizə yaxın gələcəkdəki olayların axarı ilə bağlı dürüst mövqe seçməyə imkan verəcək. Görüşlər, xəbərlər, müzakirələr məzmunlu olmalıdır. Ümumi planları nəzərdən keçirin. Dəyişikliklər və yenilikliklərə praqmat yanaşın. Mövcud problemləri dəyərləndirəndə hisslərə qapılmayın. Saxtakarlıq təmaslardakı uçurumu aradan qaldıra bilməz. Elə indi işə başlayın. Buğa - diqqət mərkəzində olsanız da, özünüzü normal hiss etmək üçün nəyinsə çatışmadığını hiss edəcəksiniz. Nisgilə qapılaraq ötənlərdəki hadisələrin önəmini olduğundan artıq dəyərləndirməyin. Yazışmalarda, hesabatlarda diqqətli olun. Sizi narahat edə biləcək məlumat ala bilərsiniz. Əhvalınız pisləşməməlidir. Məqsədə doğru irəliləmək üçün bu gün geriyə bir addım atmaq olar. Axşam saatları yazışmalar, zənglər, səfər üçün əlverişlidir. Sevdiyiniz insanı unutmayın. Vaxtınızı şən və mənalı keçirin. Əkizlər - perspektivlərinizi yaxşılaşdırmaq, fəaliyyət müstəvisini genişləndirmək üçün gərəkli addımları atın. Ambisioz, uzunmüddətli planlar qurmaq olar. Özünü sınayın, risk edin. Yaradıcılıqla məşğul olun. Günün ikinci yarısında yeni məlumatlar alacaqsınız. Həmkarlar və tərəfdaşlarla əlaqələr, şəriklə təmaslara yenidən nəzər salın. Məşğul olacağınız yeni işlərlə mümkün qədər çox məlumat əldə edin. Təhsil, bilik və peşəkar məziyyətlərin səviyyəsini artırın. Nə istədiyinizi dəqiqləşdirin. Xərçəng - baş verən hadisələri təhlil edin. Formalaşmaqda olan təmayüllərin məzmununu anlayın, mahiyyətini dərk edin. Başladığınız işin perspektivlərini görün. Hisslərlə emosiyaların zahiri izharı daxili tələbatınıza cavab verməyəcək. Həmsöhbətinizə maraqlı olmayan məsələ ilə bağlı iradlarınızı təkrarlamayın. Günün ikinci yarısında yaşam tonusunuzun səviyyəsini minimuma endirməyin. Aktual problemlərin həllinə başlayın, ikinci dərəcəli məsələlərə sonra da baxmaq olar. Səhhətinizə fikir verin. Diqqətli olun. Şir - ən çətin problemləri çözmək mümkündür. Yaradıcı ideyalarınız az olmasa da, onların əksəriyyəti praktik deyil. Xəyallara aldanmayın, illüziyalara qapılmayın. Reallıq hissini itirməyin. Günün ikinci yarısında məqsədləri konkretləşdirin, irəliyə hərəkətə can atın. Potensial tərəfdaşlarınıza yeni təklifinizi anladın. Axşam saatlarını ailənizlə birlikdə keçirin. Qız - fəaliyyət sahəsində yeniliklər ola bilər. Situasiyalara kəskin və ən başlıcası süni müdaxilə etməyin. Yaşam sizi nədənsə imtinaya vadar edir. Maraqlanmadığınız, rutin işlərlə məşğul olmaq zərurəti yaranır. Karyeranızın stabilliyi həmkarlarla münasibətlərdən asılıdır. Çox danışıb az iş görən insanlara qoşulmayın. Günün ikinci yarısında yaxın gələcəklə bağlı perspektivləri, problemin həll yollarını müzakirə etmək olar. Cari işlərin mümkün qədər tez başa çatdırılmasının asılı olduğu insansınız. Aktiv davranın. Tərəzi - niyyətlərinizin yanlış anlaşılmasına səbəb ola biləcək addımlar atmayın. Bəzi planları həyata keçirmək çətindir. Hiyləgərlik etməyin, saxtakarlığa əl atmayın. Yaşam enerjinizin səviyyəsi yüksəkdir. Daşınmaz əmlak və ya maliyyə məsələləri ilə məşğul ola bilərsiniz. Günün ikinci yarısında mövcud problemləri yaxınlarınızla müzakirə edin. Saatlar keçdikcə situasiya gərginləşəcək. Qarşılıqlı anlaşmaya nail olmaq asan deyil. Səbrli olun.
Günün qoroskopu: Tərəddüd etməyin



Günün qoroskopu: Diqqət mərkəzində olacaqsınız
Günün qoroskopu: nədənsə imtina etmək, nə iləsə vidalaşmaq zamanıdır
Günün qoroskopu: İllüziyalara və fantaziyalara qapılmayın
Günün qoroskopu: müstəqil şəkildə çalışın və fərdi əməyə üstünlük verin
Günün qoroskopu: Dəyişikliklər, təkliflər və dəvətlər az olmayacaq
Günün qoroskopu: Əhvalınız sürətlə dəyişə bilər
Günün qoroskopu: Təlimatlara, göstərişlərə əməl edin
Günün qoroskopu: Məqsədə çatmaq üçün bəzi məsələlərdə güzəştə getmək gərəkdir
Günün qoroskopu: imkanlarınızın səviyyəsinə bir daha nəzər salın
Günün qoroskopu: Ünsiyyətdə heç bir gərginlik olmayacaq
Günün qoroskopu: bir işin xətrinə başqasından imtina edə bilərsiniz
Günün qoroskopu: Planlarınızdan birini sürətlə reallaşdıra bilərsiniz
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 