ONN media bu günün qoroskopunu təqdim edir. Qoç - mühüm işlə məşğul olacaqsınızsa, xırda detallara və təfərrüatlara həddən ziyadə diqqət verməyin. Ətrafdakı insanlar arasında yer almış paxıllar və bədxahların iradları ilə tənqidlərini qulaqardına vurun. Münasibətlərdən birinə son qoyulacaq. Lakin buna təəssüflənməyin. Günün ikinci yarısında yeni tanışlıqlar istisna deyil. Belə tanışlıqlar xoş olmaqla yanaşı, işgüzar fəaliyyət baxımından sərfəlidir. Günün ikinci yarısında ailə üzvləriniz aktiv olacaqlar və bu, sizi sevindirəcək. Bacarıq və istedadınızı tətbiq etmək üçün əla şans var. Vaxt darıxdırıcı olmayacaq. Buğa - önəmli, mühüm gündür. Ehtiyatlı, sayıq olun. Sərvaxt davranın. Ciddi səhvlərə yol verməməyə çalışın. Hətta ən kiçik səhv və yanlışlıqların belə, ağır fəsadları ola bilər. Maliyyə itkiləri, uğursuz anlaşma və sövdələşmələr istsina deyil. Bu gün qurduğunuz planlar yalnız zəruri dəyişiklik və yenilənmədən sonra reallaşa bilər. Nəticələr gözlədiyiniz kimi olmayacaq. Günün ikinci yarısında bütün işlərə, hətta ən xırda məsələlərə ciddi və məsuliyyətli şəkildə yanaşın. Yaxınlarınızla münasibətlərinizi ayırd etməyə, mühüm məsələləri nəzərdən keçirməyə çalışmayın. Münaqişə yarana bilər. Əkizlər - ehtiyatlı olun. Ağır, çətin, mürəkkəb gündür. Hər şey düzgün taktika seçmək bacarığınızdan asılıdır. İntuisiyanız sizi aldada bilər. Ona görə də təcrübəli insanların məsləhətlərinə qulaq asın. İnandığınız, etibar etdiyiniz insanları dinləyin. Maliyyə məsələlərində ehtiyatlı olun. Planlaşdırılmamış xərclər olmasın. Alış-verişdə qənaətcil davranın. Günün ikinci yarısında cari işlərə başdansovdu yanaşmayın, onları çox sadə saymayın. Belədə sonucda problemlər yarada biləcək yanlışlıqlara yol verə bilərsiniz. Ciddi və diqqətli olsanız, çətinliklər azalacaq. Xərçəng - işgüzar və şəxsi maraqları qarışdırmasanız, gün uğurlu alınacaq. Çətin situasiyalarda emosiyalarınıza hakim olun. Soyuqqanlı və təmkinli davranış ən yaxşı yardımçıdır. Peşəkar fəaliyyət müstəvisindəki məsələlərin həllində düşülməmiş addımlar atmayın. İşdə rəhbərliklə fikir ayrılıqlarını ciddiləşdirməyin. Nüfuzlu insanlarla münasibətləri korlamayın. Maliyyə baxımından uğursuz zamandır. İtkilər, uğursuz alış-veriş ola bilər. Yanınızda iri məbləğdə pul daşımayın. Şəxsi münasibətlərdə müsbət təmayüllərin təsiri güclənəcək. Şir - ağır və mürəkkəb zamandır. Bütün mühüm məsələləri təkbaşına, müstəqil şəkildə həll etməyə çalışmasın. Məqsədə doğru aparan yolda çətinliklər yaranarsa, inandığınız, etibar etdiyiniz insanlardan yardım istəyin. Nüfuz və mövqelərinizi qoruyun. Sizə zərbə vurmaq istəyən adamlar var. İnsanların gur olduğu tədbirlərə qatılmayın. Günün ikinci yarısında yaxınlarınızla keçirəcəyiniz saatlar əhvalınızı yaxşılaşdıracaq. Yaşlı qohumlara xüsusi diqqət ayırın. Onların sizə ehtiyacı var. Axşam saatlarında xoşagəlməz adamla görüş ola bilər. Qız - ciddi və böyük miqyaslı işlər görmək üçün əlverişli gündür. Peşəkar fəaliyyət müstəvisində ən mürəkkəb məsələləri həll edə bilərsiniz. İstedadınızı nümayiş etdirmək üçün münasib şərait və ya imkanlar arayın. Yaradıcı potensialınız yüksək, ideyalarınız yaxşıdır. Yaxınlarınız sizi dəstəkləyəcəklər. Çətin vəziyyətə düşmüş insanlara yardım edin. Bu, ağır iş deyil. Günün ikinci yarısı hüquqi və maliyyə məsələlərinin çözülməsi üçün pis deyil. Sərfəli anlaşmalara nail olmaq, yeni layihəyə başlamaq olar. Yeni tanışlıqlar istisna deyil. Uzaqdan gəlmiş tanışla söhbət uğur vəd edir. Axşam saatlarında normal istirahət edin. Tərəzi - dəyər verdiyiniz insanda özünüzlə bağlı xoş təəssürat yaratmaq üçün pis gün deyil. Gərəkli insanlarla görüşün, dəvət aldığınız tədbirlərdən imtina etməyin. Romantik görüşə yollana bilərsiniz
Günün qoroskopu: Alış-veriş etmək, əyləncəyə pul xərcləmək məsləhət deyil



Günün qoroskopu: sevdiyiniz insanla dil tapmaq asan deyil
Günün qoroskopu: şəxsi problemləri müzakirə etmək məsləhət deyil
Günün qoroskopu: yaxın ətrafınızdakı insanlarla dil tapmaq asan deyil
Günün qoroskopu: Qəfil yaranan anlaşılmazlıq və problemləri dərhal həll edin
Günün qoroskopu: Diplomat olun
Günün qoroskopu: Ünsiyyət üçün uğursuz gündür
Günün qoroskopu: Sevdiyiniz insanı sevindirməyə çalışın
Günün qoroskopu: Qəfil yaranan anlaşılmazlıqları həll edin
Günün qoroskopu: Axşam saatlarına yaxın gəlir əldə edəcəksiniz
Günün qoroskopu: İctimai olaylara və siyasətə maraq arta bilər
Günün qoroskopu: Sevdiyiniz insanı sevindirməyə çalışın
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 