ONN media bu günün qoroskopunu təqdim edir.
Qoç - bu gün "məhsul yığımı" dönəmidir. Münasibətlər bərpa olur, gələcəklə bağlı perspektivlərin formalaşdırılmasında bəzi adamlarla razılıq əldə olunur. Yeni təəssüratların mənbəyi dostlar və iş yoldaşları olacaqlar. Prioritetlərin dəyişməsi, yerdəyişmələr ola bilər. Bu isə işlərinizin gedişatı ilə maraqlarınıza təsir edəcək.
Buğa - yeni orientirləri seçin. Yaxın ətrafınızdakı emosionallığa fikir verməyin, təsirlərə və təzyiqlərə dayanıqlı olun. Daha çox hərəkət edin, daha az mübahisə edin. Axşam saatlarında aktiv olun.
Əkizlər - hissləriniz və emosiyalarınız dayanıqlı, səbatlı deyil. Maraqlarınızı, istəklərinizi nə isə tam yeni məcraya yönəldə bilər. İşgüzar və ya şəxsi həyatınızda yetərincə mühüm məsələ həllini gözləyir. Yaxın ətrafınızdakı insanlar arasında önəm verdiyiniz şəxslərlə münasibələrinizin perspektivləri dəyişir. Qəfil addım, etiraf, yaxın insanla önəmli söhbət istisna deyil.
Xərçəng - bir qədər nevroz, həyacanlı vəziyyətdəsiniz. Bayramdan sonra iş ahəngini bərpa etmək çətindir. Təlaşlanmayın. Gərginliyi unutsanız, hər işin öhdəsindən gələ bilərsiniz. Axşam saatlarına qədər yorulmamağa çalışın.
Şir - bəzi münasibətlərə və işlərə tamamilə yenidən, fərqli mərhələdən başlamağa ehtiyac var. Önəm verdiyiniz insan və ya nəsnəni qoruyun. Axşam saatlarında sakitliyi seçin.
Qız - indi ən mühüm məsələ evdə sakitliyi qoruyaraq yaxın adamlarınızla əlaqələri pozmamaqdır. Ailə üzvləri və qohumlardan kimsəni diqqətinizdən kənarda saxlamayın. Sakitliyə üstünlük verin, gələcəklə bağlı planlarınızı dəqiqləşdirin.
Tərəzi - yeni ilin ilk günü təmaslarınızın xoş olmasına çalışın. Ən kiçik məsələlərə görə mübahisə etməyin. Fikir ayrılıqları yarana bilər. Anlaşılmazlıqları çözün. Mövqeləri aydınlaşdıraraq mübahisələr yaratmayın. Xaosun hökm sürdüyü məkanda qayda yaradın.
Əqrəb -hisslərinizdə tam qarışıqlıqdır. Nəinki yaxın adamınızı, hətta özünüzü çətinliklə anlayırsınız. Zənglər, məktublar və söhbətlər ruhunu səbatlaşdırmağa imkan verər. Axınla üzün, baş verənlərə müqavimət göstərməyin. Nə isə xorşunuza gəlmirsə, yaxud da kimsə sizi bəyənməyib gedirsə - olsun, yaxşı yol. Özünüz və sevdiyiniz, dəyər verdiyiniz insanlar üçün bayram əhval-ruhiyyəsi yaradın.
Oxatan - doğru qərarlar verərək yanlış yolla getməkdən uzaq durun. Hadisələrin inkişaf məcrasını müşahidə edin. Sizi kimsənin qəflətən yaxalamasına imkan verməyin, baş verənlərdə sizə faydalı ola biləcək təfərrüatlar arayın. Sükan arxasında, məlumatların təhlilində diqqətli olun.
Oğlaq - sizi müxtəlif tərəflərə çəkən istəklər və maraqlar problemlər yarada bilər. İzafi gərginlik hansısa işi başa vurmağa maneçilik yaradır. Eyni vaxtda bir neçə işə başlamayın. Tələsməyin, prioritetləri müəyyənləşdirin. Boş söhbətlərə qatılmayın, vaxtını xərcləyən insanlarla yaxın təmaslar qurmayın.
Dolça - gündəmdə olan planların reallaşdırılması üçün yaxşı gündür. Prosesin ləngiməməsi üçün detalları düşünün. Nəticələri əvvəlcədən hesablayın, sonra konkret addımlar atın. Bu gün eyni zamanda bir neçə iş görməyə çalışmayın. Yaxın vaxtlarda dayanıqlı, uzunmüddətli gəlirlərə hesablanmış işlərə başlaya bilərsiniz.
Balıqlar -bu gün bəzi hadisələrin mahiyyəti bəlli olacaq, kurs müəyyənləşəcək, konkretlik əldə olunacaq. Yeni ilin ilk günü sizə xoş əhval-ruhiyyə, istirahət və əyləncə vəd edir. Xırdalıqlara diqqət yetirin. Sərtlik və mülayimlik, təsir və təzyiq arasında tarazlığı seçin.// Milli.az



Günün qoroskopu: doğru qərarlar verərək yanlış yolla getməkdən uzaq durun
Günün qoroskopu: başladığınız işlərdə, tələb və niyyətlərinizdə ifrata varmayın
Günün qoroskopu: dəvət aldığınız tədbirə qatılın
Günün qoroskopu: Qərarlarınızı açıqlamağa tələsməyin
Günün qoroskopu: gəlir vəd edən işlərə başlayın
Günün qoroskopu: Gəlirlər istisna deyil
Günün qoroskopu: fəaliyyət sahəsinə yenidən baxmaq, görülən işləri təhlil etmək, kursu dəyişmək vaxtıdır
Günün qoroskopu: kiçik problemlər və xırda çətinliklər əhvalınızı pozmasın
Günün qoroskopu: aktiv olun, ətalətə qapılmayın
Günün qoroskopu: Əlavə işlərlə ifrat dərəcədə məşğul olmayın
Günün qoroskopu: intuisiyanıza güvənsəniz, yaxşı və uğurlu gün olacaq
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 