ONN media dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir.
Qoç - günə başlayarkən diqqətli və səliqəli olun. Xırda detallara, əhəmiyyətsiz faktlara fikir verin. Diqqətsizlik, ətraf aləmdən təcrid olunmağınız, hadisələrə barmaqarası, laqeydliklə baxmağınız isə sizə həm işdə, həm şəxsi həyatınızda ciddi problemlər yarada bilər.
Buğa - maraqlı tanışınız peyda ola bilər. Bu gün sizi geyiminizə görə deyil, ağlınıza görə qarşılayırlar, odur ki, onu gizlətməyin mənası yoxdur. Axşama doğru işləri unudub istirahət etmək istəyəcəksiniz. Narahat olmayın, sizə qoşulmaq istəyənlər tez tapılacaq. Əsas məsələ odur ki, bu işdə canfəşanlıq etməyəsiniz.
Əkizlər - gün istədiyiniz kimi başlamır. Ailənizdəki ab-hava heç xoşagələn deyil. Daim kiminləsə mübahisə edir və savaşırsınız. Anlaşılmazlıqlar artır. Sizin ümidinizi puç edən dostlarınızla da aranız dəyə bilər. Özünüzün haqlı olduğunuzu sübut etmək üçün sərt müzakirələr açmalı olacaqsınız.
Xərçəng - gün xoş olacaq. Həm peşəkar, həm şəxsi problemlərinizin həlli üçün şərait yaranır. Sevdiyiniz insanla münasibətləriniz düzəlir. Bir çox yaxşı insanlara kömək edə biləcəksiniz.
Şir - gzünüzü itirməyin - şəraitdən öz xeyrinizə istifadə edə biləcəksiniz. Mürəkkəb məsələlərin həlli üçün ən yaxşı vaxt isə günün ortasıdır. Diqqətinizi toplayaraq işləri səliqə ilə başa çatdıra biləcəksiniz. Axşama doğru yaxınlarınızla ünsiyyətdə problemləriniz yarana bilər.
Qız - yaman tələsirsiniz, bu səbəbdən bir çox problemləriniz olacaq. Ətrafında qadınlar olan Əqrəblər isə daha çox çətinliklə üzləşəcəklər: bu gün zərif cins nümayəndələri ilə ünsiyyət bu bürcün nümayəndələrinə heç məsləhət deyil. Yeni tanışlarınızla dil tapmaq çətin olacaq, onlarda elə də xoş olmayan təəssürat yaradacaqsınız.
Tərəzi - bütün bu çətinliklərə baxmayaraq, ən yaxşı keyfiyyətlərinizi göstərə biləcəksiniz. Özünüzü ağayana, layiqli apacaq, köməyə ehtiyacı olanlara yardım əli uzadacaq, öz prinsiplərinizə sadiq qalaraq kimsənin sizi idarə etməsinə şərait yaratmayacaqsınız.
Əqrəb - populyarlıq, diqqət, kompliment, qarşı cins tərəfindən böyük maraq arusundaydınız? Sevinin, bu gün həmin arzularınız gerçəkləşir. Əgər arzulamırdınızsa, o zaman sizinlə tanış olmaq istəyən insan ordusu ilə qarşılaşmağa hazır olun. Hətta sizin kinayələriniz də bu gün onlara təsir etməyəcək.
Oxatan -səhər çağı faydalı işlə, özü də çoxlu insanın əhatəsində məşğul olmağınız məsləhətdir. Təşkilatçılıq qabiliyyətləriniz güclənir, ömründə qapısının kandarından o yana addım belə atmayanlar bu gün sizin ardınızca dünyanın qurtaracağınadək getməyə hazırdırlar. Romantik görüşlər üçün əla vaxtdır.
Oğlaq - o qədər xoş sürprizləriniz olacaq ki! Hər bir şəraitdən xeyrinizə istifadə edə biləcəksiniz. Yeni eşqə düşməyiniz, yaxud da əvvəlki münasibətinizi təzələməyiniz və ya möhkəmlətməyiniz mümkündür. Oğlaqlar bu gün yaxınları, ailələri üçün əllərindən gələni əsirgəmirlər. Uşaqlarla ünsiyyət çox xoş olacaq.
Dolça - günün ilk yarısı az danışıb, daha çox gücü qulaqlarınıza verin, xüsusilə də həmsöhbətiniz qadınlardırsa. O qədər də etibarlı olmayan mənbədən bu gün çox qiymətli məlumat alacaqsınız. Sizin üçün çox cazibədar birindən bu gün maraqlı təklif də ala bilərsiniz
Balıqlar - yaxınlarınızı tələsdirməyin. Hadisələr istədiyinizdən daha ləng inkişaf edir, amma bununla barışmalısınız. Axşama doğru yaradıcı potensialınız artacaq. Yeni ideyalarınız peyda olacaq. Ancaq bir çətinlik var - emosional durumunuz sabit deyil, boş işlərə görə məyus olur, yaxınlarınızdan küsür və özünüzə inamınızı itirirsiniz.//Milli.az



Günün qoroskopu: yaxınlarınızı tələsdirməyin
Günün qoroskopu: Populyarlıq, diqqət, kompliment arzusundasınız?
Günün qoroskopu: Münasibətlərə yeni məna verin
Günün qoroskopu: səhhətinizlə rasionunuza fikir verin
Günün qoroskopu: Maliyyə durumunuzu yaxşılaşdırmağa çalışın
Günün qoroskopu: Yaxın perspektiv üçün hərəkət planı hazırlayın
Günün qoroskopu: Hərşey göründüyü kimi deyil
Günün qoroskopu: borc vermək və ya borc almaq məsləhət deyil
Günün qoroskopu: Uğur bilavasitə sayıqlığınızdan asılıdır
Günün qoroskopu: ailə üzvləri ilə bağlı yeni, mühüm xəbərlər ala bilərsiniz
Günün qoroskopu: Güzəştlərə getmək gərəkdir
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 