Son günlərdə yağıntılarının təsirindən Səbail rayonu Bayıl yamacında, Teleqüllənin yaxınlığındakı mövcud sürüşmə zonasında aktivlik nəzərə çarpıb, torpaqda çatlar əmələ gəlib, bəzi yerlərdə isə çatlar genişlənib.
Səbail Rayon İcra Hakimiyyətindən ONN media-ya bildiriblər ki, məsələ ilə bağlı aidiyyəti dövlət qurumlarının nümayəndələri həmin ərazidə olub və sürüşmə sahəsinə baxış keçiriblər.
“Bakı şəhərinin aktiv sürüşmə zonalarından olan bu ərazidə sürüşmə halının baş verməsi yeni hadisə deyil, illərlə mövcud olan köhnə problemdir. Sürüşmə hadisəsi müəyyən dövrdən bir aktivləşir. Yağıntıların normadan artıq olması və digər səbəblər də buna öz təsirini göstərir. Vaxtilə ərazidə inşa olunmuş qanunsuz tikintilər, onların kommunikasiya xətlərinin qəzalı olması da sürüşməyə təkan verən hallardandır. Məsələnin ciddiliyi nəzərə alınaraq, vətəndaşların təhlükəsizliyinin qorunması məqsədilə Səbail Rayon İcra Hakimiyyətində xüsusi qərargah yaradılıb. Mütəxəssislərin iştirakı ilə sürüşmənin əhatə dairəsi, bu ərazidə mövcud tikililərin ünvanları və yaşayan vətəndaşların sayı müəyyənləşdirilib. Sakinlərin təhlükəsizliyinin təmini məqsədilə xüsusi təxliyə və yerləşdirmə planları hazırlanıb, tələbat yaranarsa vətəndaşların müvəqqəti yerləşdiriləcəyi yerlər müəyyənləşdirilib.
Hazırda ciddi narahatlığa əsas yoxdur və ərazi aidiyyəti qurumlar tərəfindən nəzarətdədir. Məsələ ilə bağlı RİH-nin başçısı Eldar Əzizov tərəfindən qərargahın iclası keçirilib, xidmət, təşkilat və digər sahələrin rəhbərlərinə müvafiq tapşırıqlar verilib. Əraziyə daimi baxışlar keçirilir, quraşdırılmış siqnal qurğularının göstəriciləri və baş verən hər hansı dəyişikliklər barədə dərhal aidiyyəti üzrə məlumat verilir. Ərazidə gedən proseslər Nazirlər Kabineti tərəfindən nəzarətdə saxlanılır”, - məlumatda qeyd olunub.



Badamdarda vəziyyət necədir?- AÇIQLAMA
Bayılda 98 ev söküləcək
Eldar Əzizov sürüşmə zonasına gəldi
Bakının bu ərazisindən sakinlər köçürüləcək
Sürüşmə yenidən aktivləşib
İcra başçısı sürüşmə zonasında
Bayılda sürüşmə zonasında işıq, qaz və su xətlərinin sökülməsinə başlanıldı
Bibiheybətdəki sürüşməyə səbəb... - Nazirlik açıqladı
Bakıda yenidən sürüşmə olub
Sürüşmələr aktivləşdi, yeni sürüşmə sahələri yarandı
Qərar verildi: Bu ərazidəki evlərin hamısı söküləcək
Bayıl yamacında daha bir sürüşmə
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 