Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) sürüşmə sahələrində vəziyyəti açıqlayıb.
ONN media xəbər verir ki, ETSN-nin Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov APA-ya deyib ki, “Teleqüllə” sürüşmə sahəsinin torpaq qatında eni görünən dərinliyi 5-6, uzunluğu 60-70 metr olan çatlar yaranıb, ay ərzində prosesin dinamikasında nisbi aktivlik baş verib.
Onun sözlərinə görə, Zığ sürüşmə sahəsində atmosfer yağıntıları və texnogen amillərin təsirindən nisbi aktivlik müşahidə edilib: “Masazır qəsəbəsində “Zəli gölü” adlanan ərazidə və Nübar qəsəbəsində atmosfer yağıntılarının və texnogen amillərin təsirindən sürüşmə - çökmə sahələrində aktivlik qeydə alınıb”.
Astarada Kijəbə və Miki sürüşmə sahələrinin aktivləşdiyini bildirən ekspedisiya rəisi vurğulayıb ki, Lənkəran-Lerik yolunun 17-19 km-liyi sürüşmə sahəsində atmosfer çöküntülərinin təsirindən yol boyu yamacda bir neçə yerdə yeni uçqun hadisəsi baş verib və bir neçə yerdə yeni sürüşmə sahəsi əmələ gəlib: “Lənkəran-Lerik yolunun 27-29-cu kilometrliyində atmosfer yağıntılarının təsirindən yol boyu yamacda yeni lokal sürüşmə və uçqun prosesləri müşahidə olunub. Lənkəranda Gəgiran sürüşmə sahəsi də aktivləşib və bir neçə yerdə yeni sürüşmə və uçqun hadisələri olub. Masallı-Yardımlı yolunun 13-15, 7-16-24 -26 kilometrliklərində sürüşmə sahəsində aktivləşmə müşahidə edilib”.
Ekspedisiya rəisi qeyd edib ki, Xızı – Altıağac avtomobil yolunun 1-ci km-də, yolun sağ və sol hissələrində bir neçə yerdə çökmə və oturma prosesi qeydə alınıb: “Həmin yolun 11 – 15-ci kilometrliyində sürüşmənin dinamikasında aktivlik müşahidə edilib, uçqun - töküntü prosesləri aktivləşib. Sürüşmə sahəsinin parametrlərində də artım baş verib. Şabranda, Qazbabalı sürüşmə sahəsində aktivlik hələ də davam edir. Quba – Xınalıq avtomobil yolunun 37 -46-cı kilometrliyində sürüşmə aktivləşib.
Bundan başqa, Şamaxı şəhəri 48-A məhəlləsi sürüşmə sahəsində çatların ölçülərində artım qeydə alınıb, sürüşmə sahəsində aktivlik müşahidə olunur. Bakı – Şamaxı avtomobil yolunun 106 - 111-ci kilometrliyinin bir neçə yerində uçqun – töküntü, axma tipli sürüşmə hadisəsi olub, uçqun – töküntü prosesləri aktivləşib. Bakı – Ağsu magistral avtomobil yolunun 132 – 156 – cı kilometrliyində sürüşmə aktivləşib və nəticədə uçqun – töküntü hadisələri baş verib. Yol boyu bir neçə yerdə yeni çökmə və oturma prosesləri müşahidə edilib. Muğanlı – İsmayıllı avtomobil yolunun 2 -11, 23 – 24, 27 – 29 - cu kilometrliklərində atmosfer yağıntılarının təsirindən sürüşmə sahəsinin dinamikasında nisbi aktivlik qeydə alınıb, yol boyu bir neçə yerdə yeni lokal sürüşmə sahələri əmələ gəlib”.



"Teleqüllə" ətrafında son vəziyyət necədir?
Azərbaycanda sürüşmələr aktivləşib- YENİ UÇQUN-SÜRÜŞMƏ SAHƏLƏRİ YARANIB
İsmayıllıda torpaq sürüşməsi olub
Bu ərazilər TƏHLÜKƏLİDİR!
Nazirlikdən AÇIQLAMA: Sürüşmə sahələrində aktivlik var
Sürüşmə zonasında son vəziyyət açıqlandı
Sürüşmə ərazilərində aktivliyə səbəb NƏDİR?
Bakının bu ərazilərində də sürüşmə aktivləşdi
Azərbaycanda yaşayış yerlərində yeni sürüşmə sahələri yaranıb
Zəlzələ sürüşmə zonalarına təsir edib?- AÇIQLAMA
Zığ və Abşeronda sürüşmə sahələri yenə aktivləşdi
Teleqüllənin yaxınlığındakı çatlar genişlənə bilər - Nazirlik
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 