Prezidentin Administrasiyasının strukturundakı dəyişikliklər açıqlanıb.
Azərbaycan prezidenti İlham Əliyev 30 may 2017-ci ildə “Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının strukturunun təsdiqi və işçilərinin say həddinin müəyyən edilməsi haqqında” sərəncam imzalayıb.
Sərəncama əsasən, Prezidentin Administrasiyasının strukturu yenidən təşkil edilib, işçilərin say həddi 410 ştat vahidi müəyyən edilib. O cümlədən Prezidentin Millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər üzrə köməkçisinin xidməti yaradılıb.
Azərbaycan prezidenti İlham Əliyevin 9 yanvar 2018-ci il tarixli sərəncamı ilə Prezidentin Millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər üzrə köməkçisinin xidməti ləğv edilib, Millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər şöbəsi yaradılıb.
Millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər şöbəsinin ştat vahidi 1 şöbə müdiri olmaqla, 6 ştat vahidi təsdiqlənib.
Dövlət qulluğu və kadr məsələləri şöbəsində Şəxsi işlərin aparılması sektorunda ştat vahidi isə artırılaraq, 2 ştat vahidindən 4 ştat vahidinə qaldırılıb. Beləliklə, Prezident Administrasiyasının işçilərinin say həddi 410 ştat vahidindən 412 ştat vahidinə qalxıb.
Qeyd edək ki, Etibar Nəcəfov bir müddət əvvəl Prezident Administrasiyasının Millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri təyin edilib. (apa)



Prezident Administrasiyasının yeni şöbə müdiri təyin edildi
İlham Əliyev sərəncam imzaladı
İlham Əliyev sərəncam imzaladı
Prezident Dövlət Qulluğunu İdarəetmə Şurasının yeni tərkibini təsdiqlədi
İsa Həbibbəyliyə yeni vəzifə verildi
Azərbaycanda yeni bir universitet açıldı
Boş qalan yüksək dövlət vəzifələri – Siyahı
YUNESKO üzrə Azərbaycan Milli Komissiyasının tərkibi dəyişdirildi
MEK-ə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin nəşri olan dərslik daxil olub
Prezident sərəncam imzaladı
İlham Əliyev sərəncam imzaladı
İlham Əliyev sərəncam imzaladı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 