Azərbaycan Prezidenti İlham Əliyev bu gün Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Himayəçilik Şurasının yeni tərkibini təsdiq edib.
ONN media xəbər verir ki, 10 nəfərlik Himayəçilik Şurasının əvvəlki tərkibindən 3 nəfər çıxarılıb. Bunlar Akif Əlizadə, Etibar Nəcəfov və Tahir Salahovdur.
Məşhur rəssam Tahir Salahov ötən il dünyasını dəyişib. Akif Əlizadə isə AMEA sədrliyindən uzaqlaşsa da, bu qurumun tərkibində qalırdı.
Etibar Nəcəfov Prezident Administrasiyasının Millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər şöbəsinin müdiridir.
Beləliklə, Akif Əlizadənin yerinə AMEA prezidenti İsa Həbibbəyli təsdiqlənib.
HŞ-ya təyin edilən 3-cü şəxs isə Nailə Məmmədəli qızı Vəlixanovadır. 1940-cı il təvəllüdlü akademik N.Vəlixanova Azərbaycan Milli Tarix Muzeyinin baş direktoru, Azərbaycan Respublikasının əməkdar elm xadimidir.
Qeyd edək ki, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Himayəçilik Şurasında Prezidentin qızı Leyla Əliyeva da təmsil olunur.



İlham Əliyev sərəncam imzaladı
Akif Əlizadə bu vəzifəni daşıyacaq
Prezident Administrasiyasının yeni şöbə müdiri təyin edildi
Prezident Administrasiyasında struktur dəyişiklikləri
Prezidentdən Elmira Axundova ilə bağlı qərar
AMEA prezidenti istefa verdi
MEK-ə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin nəşri olan dərslik daxil olub
“YAŞAT” Fondunun Himayəçilik Şurasının tərkibi təsdiq edildi - SƏRƏNCAM
Prezident İlham Əliyevdən YENİ TƏYİNAT
Akademik Akif Əlizadə Belarusda medalla təltif edilib
AMEA -nın prezidenti Akif Əlizadə medalla təltif edildi
Prezident Dövlət Qulluğunu İdarəetmə Şurasının yeni tərkibini təsdiqlədi
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 