Azərbaycan Yazıçılar Birliyinin katibi, məşhur dedektiv yazıçısı, “Neftçi” Futbol Klubunun Müşahidə Şurasının sədri Çingiz Abdullayevin yaxın aylarda Baltikyanı ölkələrdən birinə səfir göndəriləcəyi gözlənilir.
Bu barədə Modern.az saytına məlumatlı mənbədən bildirilib.
Çingiz Abdullayev hələ illər öncə ölkəmizi xaricdə təmsil etmək istəyində olduğunu bildirib. O zaman ailəsi İngiltərədə yaşadığı üçün həmin ölkəyə üstünlük verib. Lakin istəyi baş tutmayıb.
Əldə etdiyimiz məlumata görə, Çingiz Abdullayevə səfir işləmək üçün Baltikyanı ölkələrdən birini seçmək şansı verilib və yazıçı bununla razılaşıb.
Yaxın vaxtlarda məsələnin gerçəkləşəcəyi gözlənilir.
Əldə etdiyimiz məlumatda o da bildirilir ki, bu məsələni sürətləndirən bir neçə səbəb var. Bunlardan biri Çingiz Abdullayevin “Neftçi” Futbol Klubuna gələndən sonra komandada heç bir irəliləyişin əldə edilməməsi, əksinə, geriləmənin baş verməsi və narazılıqların mövcud olmasıdır.
Yazıçı səfir təyin edildiyi halda həm Azərbaycan Yazıçılar Birliyindəki, həm də “Neftçi” Futbol Klubundakı vəzifəsindən getməli olacaq.
Məsələ ilə bağlı Çingiz Abdullayevin fikirlərini almaq istəsək də, yazıçı ilə bağlantı qurmaq mümkün olmadı.
Çingiz Abdullayev 1959-cu il aprelin 7-də Bakı şəhərində ziyalı ailəsində anadan olub. Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsində təhsil alıb.
Müxtəlif vəzifələrdə çalışdıqdan sonra 1989-cu ildə Azərbaycan Yazıçılar Birliyinin rəhbərliyinə gətirlib. Beynəlxalq cinayət problemi barədə barədə dissertasiya müdafiə edərək, əvvəlcə hüquq elmləri namizədi, daha sonra doktoru alimlik dərəcəsi alıb.
Yazıçı əsasən rus dilində yazıb-yaradır. İngilis və italyan dillərində sərbəst danışır.
Əsərlər ibir sıra xarici ölkə xalqlarının dillərinə tərcümə olunub. 27 milyon nüsxədə olan 600-dən çox kitabı dünyada yayılıb. 200-dək adda kitabın müəllifidir. Bütün bu kitablar onu siyasi detektiv janrında yazan ən məhsuldar müasir yazıçılardan biri kimi tanıtdırıb.
Çingiz Abdullayev 2009-cu ildə Azərbaycanın ədəbi həyatında fəal iştirakına görə “Şöhrət” ordeni ilə təltif edilib.



Çingiz Abdullayevin son durumu necədir?
Anardan Çingiz Abdullayevin səhhəti ilə bağlı AÇIQLAMA: “Bazar ertəsi işə çıxacaq”
Azərbaycan Yazıçılar Birliyində yeni təyinat
Putin Çingiz Abdullayevi mükafatlandırdı
Əliyevdən Çingiz Abdullayevlə bağlı SƏRƏNCAM
Sevinc Telmanqızı Xalq yazıçısı Çingiz Abdullayevi yerdən yerə vurdu! Səbəbi "400 qadın saxlamaq"! VİDEO
Çingiz Abdullayevi bu şəxs əvəz etdi
Çingiz Abdullayevin Pen-Klubu cərimələndi
Çingiz Qənizadəyə YAP-ın vəsiqəsi verildi
Çingiz Abdullayev vəzifədən getdi
Çingiz Abdullayev özünü yenə müdafiə etdi
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 