Bakının Nəsimi rayonunda partlayış baş vermiş yaşayış binasının sakinləri hazırda mənzillərinə buraxılmırlar.
Bu barədə Trend-ə bina sakinləri məlumat verib. Sakinlərin sözlərinə görə, onlara bir neçə gün qohumlarının evlərində qalmaq təklif olunub.
Sakinlər mənzillərinə binanın yaşamağa yararlı olub-olmaması ilə bağlı araşdırmalar yekunlaşdıqdan sonra köçə biləcəklər.
Qeyd edək ki, bu gün səhər saatlarında Dilarə Əliyeva küçəsində 18-də çoxmərtəbəli yaşayış binasının (birinci-üçüncü mərtəbələri qeyri yaşayışdır) zirzəmisində yanğınla nəticələnən partlayış baş verib.
Nəticədə, binanın birinci mərtəbəsində yerləşən, ümumi sahəsi 500 m2 olan dəftərxana ləvazimatları mağazasının içərisinin konstruktiv elementləri (satış rəfləri, alkopan konstruksiyalar və tavanı) dağılmış, qapı-pəncərələri çərçivədən çıxmış, binanın ikinci və üçüncü mərtəbələrinin və yaxınlıqda yerləşən bəzi binaların pəncərə şüşələri qismən sınıb. Bina yanğından mühafizə olunub.
Hadisə zamanı mağazada satıcı işləyən 1961-ci il təvəllüdlü Mahmudov Zahid Şükür oğlu müxtəlif dərəcəli yanıq xəsarətləri alıb. Partlayışın qaz sızması nəticəsində baş verdiyi ehtimal olunur.



FHN Bakının mərkəzində baş verən yanğınla bağlı məlumat yaydı
Bakıda yaşayış binasında güclü partlayış olub
Bakıda binada partlayış olub- ÖLƏN VAR
Azərbaycanda daha bir PARTLAYIŞ: İki nəfər...
Bakıda kafedə güclü partlayış olub
İstanbulda çökən binanın sahibi saxlanıldı
Bakıda binada partlayış: xəsarət alan var
Masazırda yaşayış binasında partlayış olub
İstanbulda güclü partlayış olub- ÖLƏNLƏR VAR
Gəncədə partlayış: 3 nəfər xəsarət aldı
Xırdalanda partlayış: xəsarət alan var
Bakıda yaşayış binasında güclü yanğın- Sakinlər təxliyyə olundu
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 