Fövqəladə hallar Nazirliyi Bakının mərkəzində, metronun “28 May” stansiyasının yaxınlığında baş vermiş partlayışla əlaqədar rəsmi məlumat yayıb.
ONN media-ya daxil olan məlumatda qeyd olunur ki, Bakı şəhəri, Nəsimi rayonunda çoxmərtəbəli yaşayış binasının (birinci-üçüncü mərtəbələri qeyri yaşayışdır) zirzəmisində yanğınla nəticələnən partlayış baş verib.
Nəticədə, binanın birinci mərtəbəsində yerləşən, ümumi sahəsi 500 kv.metr olan dəftərxana ləvazimatları mağazasının içərisinin konstruktiv elementləri (satış rəfləri, alkopan konstruksiyalar və tavanı) dağılıb, qapı-pəncərələri çərçivədən çıxıb, binanın ikinci və üçüncü mərtəbələrinin və yaxınlıqda yerləşən bəzi binaların pəncərə şüşələri qismən sınıb.
Partlayış dalğasının təsirindən 100-150 metr əraziyə dağılmış dəftərxana ləvazımatları qismən yanıb. Bina yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb. Hadisə zamanı mağazada satıcı işləyən 1961-ci il təvəllüdlü Mahmudov Zahid Şükür oğlu müxtəlif dərəcəli yanıq xəsarətləri alıb. Partlayışın qaz sızması nəticəsində baş verdiyi ehtimal olunur. Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.



Bakıda partlayış: sakinlər evlərinə nə vaxt dönəcək?
Azərbaycanda daha bir PARTLAYIŞ: İki nəfər...
Bakıda yaşayış evində PARTLAYIŞ OLDU
Bakıda yaşayış binasında güclü partlayış olub
Füzulidə güclü partlayış olub- ÖLƏNLƏR VAR
Xaçmazda PARTLAYIŞ: 1 nəfər...
Yataqxanada baş verən yanğınla bağlı RƏSMİ AÇIQLAMA
Bakıda yaşayış binasında güclü yanğın- Sakinlər təxliyyə olundu
Xırdalanda partlayış: xəsarət alan var
Bakıda kafedə güclü partlayış olub
Bakıda GÜCLÜ PARTLAYIŞ - Yaralı var
Gəncədə partlayış: 3 nəfər xəsarət aldı
Messi gözyaşlarına hakim ola bilmədi
Maşın almaq istəyənlərin NƏZƏRİNƏ
Avropada dəhşətli istilərlə bağlı xəbərdarlıq
Neft həftəyə bu qiymətlə başladı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı 