Hazırda Yerin geomaqnit səviyyəsi aşağıdır. Bu vəziyyət meteoşəraitin pisləşməsi halı ilə üst-üstə düşdükdə onun insanların səhhətinə pis təsir göstərməsi kimi hallar ortaya çıxır. Bununla bağlı elmi nəticələr də var.
ONN media xəbər verir ki, bunu trend-ə AMEA-nın Şamaxı Astrofizika Rəsədxanasının elmi işlər üzrə direktor müavini Elçin Babayev deyib.
Bununla bağlı elmi nəticələrin olduğunu deyən E.Babayev qeyd edib ki, Günəşdə və planetlərarası maqnit sahəsində gedən proseslərin təzahürü olaraq, Yerin maqnit sahəsində dəyişikliklər baş verir:
“Amma qeyd edim ki, geomaqnit səviyyəsinin həm yuxarı, həm də aşağı olması - hər iki hal ekstremal hal kimi insanlara pis təsir göstərir. Yerdə geomaqnit səviyyəsinin aşağı olması risk qrupuna daxil olan insanların - ürək-damar sistemi xəstəliklərindən əziyyət çəkənlərin səhhətinə zərər vurur. Bu hal sadəcə onlara təsir edir. Digər insanlar üçün bu vəziyyət əskinə, gümrahlıq hissi yaradır”.
E.Babayev əlavə edib ki, Yerdə geomaqnit səviyyəsinin nə qədər müddətə aşağı olacağını əvvəlcədən proqnozlaşdırmaq mümkün deyil.
Hazırda atmosfer təzyiqinin qalxdığını deyən E.Babayev bunun qış hava şəraitinə uyğun olduğunu da söyləyib.



Bu tarixdə güclü geomaqnit qasırğası gözlənilir
Bu tarixlərdə hava insanlar üçün TƏHLÜKƏLİDİR
Fevralın 7 -də NƏ BAŞ VERƏCƏK? - XƏBƏRDARLIQ
Geomaqnit qasırğası başladı
Geomaqnit qasırğası olacaq — XƏBƏRDARLIQ
Bu gün maqnit qasırğası gözlənilir
Sabah güclü maqnit qasırğası olacaq
Neçə gündür davam edən geomaqnit qasırğası bu gün zəifləməyə başlayacaq
Meteohəssas insanların NƏZƏRİNƏ
Maqnit qasırğasının səviyyəsi açıqlandı
Geomaqnit qasırğası ilə bağlı XƏBƏRDARLIQ
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 